Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İkinci Vətən Müharibəsi Şəhidlərindən-Bakılı Fərid Pirəli oğlu Əliyev və Naxçıvanlı Əli Süləddin oğlu Yusifovun doğum günləridir.
Bu gün-14 avqust 2026-cı il tarixində Fərid Əliyevin 32, Əli Yusifovun isə 29 yaşı tamam olur.
Bu, həm də hər iki Şəhidin Cənnətdəki altıncı doğum günləri, mövludlarıdır.
Etikxeber.az xəbər verir ki, əslən Xızılı olan Fərid Əliyev 1994-cü ilin avqustun 14-də Bakı şəhərində, İçərişəhərdə sadə bir ailədə dünyaya gəlib…
Ailədə iki övlad, bir bacı-bir qardaş olublar…
Orta məktəbi bitirdikdən bir müddət sonra, 2014-2016-ci illərdə Daşkəsən istiqamətində hərbi hissələrdən birində qulluq edib, Azərbaycanın Fəxri olan Milli Qəhrəman Polad Həşimovun əsgərlərindən olub…
Əsgərlikdən qayıtdıqdan sonra müxtəlif sahələrdə çalışıb, 2018-ci ildə də əslən Cəbrayıl rayonundan olan Elnarə xanımla ailə həyatı qurub…
2019-cu ilin noyabrın 13-də ilk övladı-Muradı dünyaya gəlib…
İkinci övladı-Fəridə isə atasının Şəhidliyindən iki ay sonra, 2021-ci ilin yanvar ayında dünyaya göz açıb…
İkinci Vətən Müharibəsindən bir neçə gün əvvəl səfərbərliyə çağırılıb, sentyabrın 29-dan isə döyüşlərdə olub, Cəbrayıl (Xudafərin), Qubadlı və Şuşa istiqamətlərində döyüşüb…
Axırıncı dəfə ailəsi, yaxınları ilə noyabrın 5-i və 6-da danışıb…
5-də atası, 6-da isə dostu ilə əlaqə saxlayıb…
Noyabrın 6-da da Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına Şəhidlik Zirvəsinə yüksəlib…
Şəhidliyi xəbəri düz bir həftə sonra, noyabrın 13-də təsdiqlənib, bu haqda ailəsinə xəbər verilib, noyabrın 14-də isə Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
Səbail rayonunda adını daşıyan küçə var.


***
Əli Yusifov isə 1997-ci ilin avqust ayının 14-də Naxçıvan Muxtar Respublikasının Sərur rayonunun Oğuz kəndində dünyaya gəlib…
Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub…
Tək bacısı hazırda ailəlidir…
Əli həm də nişanlı olub…
Ali-hərbi təhsilini başa vurduqdan bir müddət sonra-İkinci Vətən Müharibəsi zamanı peşəkar hərbçi kimi Vətənin müdafiəsinə atılıb…
Şərəfli döyüş yolu 7 gün çəkib…
2020-ci ilin oktyabr ayının 3-dən 4-nə keçən gecə Füzuli rayonu istiqamətində qəhrəmancasına Şəhid olub…
Ancaq nəşi aylar sonra-2021-ci ilin aprel ayının 29-da tapılıb…
May ayının 3-də isə Şərur Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra bir neçə medalla və bu ilin iyun ayının 25-də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
***
Bu gün həm də Əfsanəvi Xüsusi Təyinatlı, Gizir Elvin Akif oğlu İsgəndərovun Cənnətdəki altıncı doğum günü mövlududur.
Onun 38 yaşı tamam olur.
Qeyd edək ki, ailənin üç övladından, iki qardaşdan biri, evli və üç övlad atası olan Elvin İsgəndərov 1988-ci ilin 14 avqust tarixində dünyaya gəilib…
Orta məktəbi bitirdikdən, Əsgərliyini başa vurduqdan sonra dərhal həyatını yenidən Ordu, hərb ilə bağlayıb…
Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Gizir olub…
Aprel döyüşlərində iştirak edib…
İlk saniyələrdən İkinci Vətən Müharibəsində də iştirak edən Elvin İsgəndərov oktyabrın əvvəllərində-ayın 5-də Cəbrayıl istiqamətində qəhrəmancasına Şəhid olub…
Nəşi 6 oktyabr 2020-ci il tarixində Şabran Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…
Üç övladı-Səliməsi, Nurayı və Cəsuru Vətənə əmanət qalan Elvin İsgəndərov istər Şəhidliyindən əvvəl, istərsə də Şəhidliyindən sonra medallarla və ordenlə təltif olunub…
Məkanları cənnətlik, Cənnətdəki altıncı doğum günləri mübarək olsun!
Nurlar içində yatsınlar!
***








Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





