Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Beyləqanlı İkinci Vətən Müharibəsi Şəhidi Vaqif Vüqar oğlu İsmayılzadənin doğum günüdür.
Ailənin iki övladından biri, evin tək və ailəli oğlu, hərbi polis, ata tərəfdən əslən Cəbrayıllı olan və babasının adını daşıyan Vaqif İsmayılzadənin bu gün 28 yaşı tamam olur.
Etikxeber.az xəbər verir ki, 1996-cı ilin noyabr ayının 6-da dünyaya gələn Vaqif İsmayılzadə 2002-2013-cü illərdə orta məktəbdə oxuyub.
18 yaşını tamamladıqdan sonra isə Əsgərliyə, Vətənin keşiyinə yollanıb.
Əsgərliyini başa vurduqdan sonra yenidən evinə-ailəsinə qayıdıb və son üç il ərzində, yəni, Şəhidliyinə kimi hərbi polisdə çalışıb.
Ana tərəfdən qohumu olan Samirə xanımla ailə həyatı qurub.
Atasının adını daşıyan Vüqarı və Renatı dünyaya gəlib.
Vüqar hazırda birinci sinifdə oxuyur, Renat isə uşaq bağçasına gedir.
İkinci Vətən Müharibəsinə qatılan Vaqif oktyabr ayının 21-də Xocavənd istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi beş gün sonra əldə edilib və 26 oktyabr tarixində Bahar qəsəbə qəbiristanlığında-Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az