Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakı şəhərinin Səbail rayonunun (həm də Ucarın Məlikballı kəndinin) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Orxan Zöhrab oğlu İsmayılovun ad günüdür.
Orxan İsmayılovun bu gün 34 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Orxan İsmayılov 23 yanvar 1990-cı il tarixində Ucar rayonunun Məlikballı kəndində anadan olub.
Ailənin iki övladından biri, tək bacının tək qardaşı, evin tək oğlu idi.
Sonra ailəsi ilə birlikdə Bakıya köçüb, Bakıda, Səbail rayonunda yaşayıb.
O, 1997-ci ildə Bakı şəhəri Xətai rayonu Tahir Bağırov adına 59 saylı məktəbin 1-ci sinfinə gedib.
2006-cı ildə 9-cu sinfi bitirdikdən sonra, yəni, elə həmin ildə də Ucar rayonunun Məlikballı kənd tam orta məktəbində təhsilini (10-11-ci sinifləri) davam etdirib.
2008-ci ildə 11-ci sinfi bitirib, həmin ildə də hərbi xidmətə yollanıb.
Hərbi xidmətini Bərdə rayonundakı hərbi hissələrdən birində keçirib, tankcı vəzifəsində xidmətə başlayıb.
2010-cu ilin 2 yanvar tarixində isə ordu sıralarından ehtiyata buraxılıb və elə həmin ildən avtomobil servisində çilingər işləməyə başlayıb.
Cəmi bir il sonra, 21 yaşında, 2011-ci ilin noyabr ayının 15-də ailə həyatı qurub, iki övladı dünyaya gəlib, Zöhrab və Ayxan adlı iki oğlu ailəsinə əmanət qalıb.
2020-ci ilin 21 sentyabr tarixində isə səfərbərliyə cəlb olunub, cəmi 6 gündən sonra İkinci Qarabağ Müharibəsi ilə əlaqədar döyüşlərə yollanıb və oktyabr ayının 4-də Füzuli istiqamətində döyüşlərdə Vətən yolunda qəhrəmancasına həlak olaraq, Səhidlik zirvəsinə ucalıb.
Nəşi doğulub boya-başa çatdığı Ucar rayonunun Məlikballı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhidliyindən sonra 3 medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Bakı şəhərində adını daşıyan küçə var.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 34 yaşı mübarək, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





