Ailənin tək oğlu və iki övladı Vətənə əmanət qalan-BAKILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ FƏRİD ƏLİYEVİN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜNDƏ AİLƏSİ-OCAĞI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ, ŞƏHİDİN XANIMINA “XARIBÜLBÜL” SİMVOLU TƏQDİM EDİLDİ – FOTOLAR – YENİLƏNİB

Bakı şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Fərid Pirəli oğlu Əliyevin doğum günüdür.

Fərid Əliyevin bu gün yubiley-30 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün Şəhidin ailəsinin-həyat yoldaşı və övladlarının yaşadığı evdə-mənzildə məclis düzənlənib, adına ehsan süfrəsi açılıb.

Məclisdə-ehsan süfrəsində Bakının Səbail rayonundan olan Şəhid Anaları, Şəhidin ailə üzvləri, yaxınları, o cümlədən sabiq millət vəkili, Azərbaycanın tanınmış şərqşünaslarından və ziyalılarından olan Əsmətxanım Məmmədova və qızı Fidan xanım, Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon Bibiheybət ərazi təşkilatının sədri, hər zaman Şəhid ailələrinin yanında olan Sədaqət Həsənova, Şəhid bacısı İlhamə xanım, “Odlar yurdu” qrupunun üzvü Azər Hüseynov və digər şəxslər iştirak ediblər.

Məclisdə Şəhidin ruhuna dualar olunub, “Quran” (Yasin) oxunub.

Fərid Əliyev də daxil olmaqla Şəhidlərimizlə Fəxr edildiyi, Qürur duyulduğu bildirilib.

Ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki dördüncü doğum günü təbrik olunub.

Eyni zamanda, “Odlar yurdu” qrupu və tanınmış iş adamı Mübariz Mənsimovun adından Şəhidin xanımı Elnarə Əliyevaya və oğlu Murad Əliyevə “Xarıbülbül” simvolu təqdim olunub.

Simvolu adıçəkilən qrupun üzvü Azər Hüseynov təqdim edib.

Sonda Şəhidin Cənnətdəki dördüncü doğum günü ilə bağlı hazırlanmış tort kəsilib, xatirə fotoları çəkdirilib.

Etikxeber.az-ın xəbərinə görə, əslən Xızılı olan Fərid Əliyev 1994-cü ilin avqustun 14-də Bakı şəhərində, İçərişəhərdə sadə bir ailədə dünyaya gəlib…

Ailədə iki övlad, bir bacı-bir qardaş olublar…

Orta məktəbi bitirdikdən bir müddət sonra, 2014-2016-ci illərdə Daşkəsən istiqamətində hərbi hissələrdən birində qulluq edib, Azərbaycanın Fəxri olan Milli Qəhrəman Polad Həşimovun əsgərlərindən olub…

Əsgərlikdən qayıtdıqdan sonra müxtəlif sahələrdə çalışıb, 2018-ci ildə də əslən Cəbrayıl rayonundan olan Elnarə xanımla ailə həyatı qurub…

2019-cu ilin noyabrın 13-də ilk övladı-Muradı dünyaya gəlib…

İkinci övladı-Fəridə isə atasının Şəhidliyindən iki ay sonra, 2021-ci ilin yanvar ayında dünyaya göz açıb…

İkinci Vətən Müharibəsindən bir neçə gün əvvəl səfərbərliyə çağırılıb, sentyabrın 29-dan isə döyüşlərdə olub, Cəbrayıl (Xudafərin), Qubadlı  Şuşa istiqamətlərində döyüşüb…

Axırıncı dəfə ailəsi, yaxınları ilə noyabrın 5-i və 6-da danışıb…

5-ində atası, 6-da isə dostu ilə əlaqə saxlayıb…

Və noyabrın 6-da da Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına Şəhidlik Zirvəsinə yüksəlib…

Şəhidliyi xəbəri düz bir həftə sonra, noyabrın 13-də təsdiqlənib, bu haqda ailəsinə xəbər verilib, noyabrın 14-də isə Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

Səbail rayonunda adını daşıyan küçə var.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bizim idmançılarımız ən yüksək qiymətə layiq olmalıdır…”-İLHAM ƏLİYEV – FOTOLAR

Read Next

“Yol şəraitini nəzərə almağa, hərəkət zamanı kifayət qədər ara məsafəsi saxlamağa, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə çağırırıq”-DYP-DƏN MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir