Ailənin tək oğulları-Səid Ədilovla Ziya Nurməmmədovun və iki qardaşını, həm də atasını illər öncə itirən Vüsal Həsənovun Anım günlərində-MƏZARLARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMLƏRİ DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNİB – (1)

Əbədiyyətə uğurlanmalarının ikinci ilində, Anım günlərində-3 dekabr 2022-ci il tarixində İkinci Vətən Müharibəsi Şəhidlərindən Səid Həsən oğlu Ədilovun Bərdə rayon Şəhidlər Xiyabanında, Ziya Zabil oğlu Nurməmmədovun Kürdəmir rayonunun Sığırlı kənd qəbiristanlığındakı, Bakının Səbail rayonunun Badamdar qəsəbəsindən olan Vüsal Həsənovun isə Şabran rayonunun Zeyvə kənd qəbiristanlığındakı məzarları ziyarət olunub.

Etikxeber.az-ın xəbərinə, Şəhidlərin məzarı üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar olunub.

Məktəblilər tərəfindən şeirlər səsləndirilib, qısa çıxışlar edilib.

Təsirli, kövrək anlar yaşanıb.

Çıxışlarda Şəhidlərin tarixi Qələbə və Zəfərimizə verdikləri töhfələrdən, onların Vətən naminə fədakarlıqlarından bəhs olunub, Şəhidlərin unudulmadığı və unudulmayacağı bir daha dilə gətirlib, o cümlədən, ailələrinə Allahdan səbr və dözüm arzulanıb.

Sonra Bərdədə yerləşən “Leyli” şadlıq sarayında Səid Ədilovun, Kürdəmirin Sığırlıda-ailəsinin yaşadığı evdə Ziya Nurməmmədovun, Şabran rayonunun Zeyvə kəndində isə Vüsal Həsənovun Anım mərasimləri keçirilib, adlarına ehsan süfrələri açılıb.

Bir daha Şəhidlərin ruhlarına dualar oxunub, bir daha qısa çıxışlar edilib.

Şəhidlərin məzarlarını ziyarətdə və Anım mərasimlərində ailə üzvləri, Bərdə, Kürdəmir, Goranboy, Bakı, Ağdam, Tərtər və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, məktəblilər, din xadimləri, Bərdə, Səbail, Şabran və Kürdəmir rayon İcra hakimiyyətlərinin məsul şəxsləri iştirak ediblər.

Məqamları Uca, məkanları cənnətlik olsun!

Nur içində yatsınlar!

13:31

***

FOTOLAR:

14:15

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsinin 3 dekabr Şəhidləri və ya nəşləri iki aydan sonra tapılan Vətən fədailəri: BƏRDƏLİ SƏİD ƏDİLOV, KÜRDƏMİRLİ ZİYA NURMƏMMƏDOV VƏ BAKILI-HƏM DƏ ŞABRANLI VÜSAL HƏSƏNOV – HƏR ÜÇÜNÜN DƏ ƏBƏDİYYƏTƏ UĞURLANMALARININ İKİNCİ İLİDİR…

Read Next

Daha 21 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir