İki övladı Vətənə əmanət qalan-ŞƏHİD NİYAZİ İSGƏNDƏROVUN TORPAĞA TAPŞIRILMASINDAN BİR İL ÖTÜR – ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ – FOTO-VİDEO – YENİLƏNİB – (1)

Bu gün, 11 sentyabr tarixində Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin tək-yeganə övladı, iki medallı Əli Rzayevin torpağa tapşırılmasından 1 il ötür.

Etikxeber.az xəbər verir ki, Əli Rzayev  1992-ci ilin iyulun 9-unda Mingəçevirdə-sadə bir ailədə dünyaya gəlib.

2010-cu ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə gedib, Vətənə xidmət borcunu yerinə yetirib, yenidən evinə, ailəsinə dönüb.

Müxtəlif sahələrdə, peşələrdə çalışıb.

27 yaşında, 2019-cu ilin noyabrın 12-də Gülü adlı qızla evlənib.

2020-ci ilin iyunun 30-unda Hüseyn adlı övladı dünyaya gəlib.

Amma oğlunun üzünü də doyunca görməyib, İkinci Vətən Müharibəsi başlayan gündən MAXE kimi (cəmi bir ay imiş ki, MAXE kimi fəaliyyət göstərirmiş) döyüşlərə atılıb.

Döyüşüb, vuruşub və Ağdərə istiqamətində ağır döyüşlərdən birində, oktyabrın 6-da qəhrəmancasına həlak- Şəhid olub.

Ancaq nəşini 4 gün sonra götürmək mümkün olub və oktyabrın 10-unda nəşi Mingəçevirə gətirilib, oktyabrın 11-ində isə Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Ölümündən sonra iki medalla təltif olunub.

Atasını vaxtsız itirən, bəyliyi cəmi 11 ay çəkən İgidimiz, Şəhidimiz uzun illər yataqxanada yaşayıb.

11 ayın gəlini olmuş, 19 yaşından dul qalmış 2001-ci təvəllüdlü həyat yoldaşı və bu ilin iyulun 30-unda bir yaşı tamam olmuş körpəsi də hazırda yataqxanada yaşayır.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Əli Rzayevin Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.

Ziyarət zamanı məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq.

Ziyarətdən sonra anım mərasimi keçiriləcək, ehsan süfəsi açılacaq.

Ruhu şad, məkanı cənnətlik olsun!

Allah ailəsinə-anasına, həyat yoldaşına və övladına səbr versin!

***

Bu gün həm də Mingəçevirin daha bir İkinci Vətən Müharibəsi Şəhidi Niyazi Şahvələd oğlu İsgəndərovun Anım Günüdür.

13 oktyabr 1982-ci il doğumlu Niyazi əslən Qərbi Azərbaycandan olub, 1990-cı ildən isə Mingəçevirdə, “QRES” deyilən ərazidə yaşayıb, böyüyüb, boya-başa çatıb.

Ailə qurduqdan sonra başqa əraziyə, yataqxanaya köçüb.

İki övlad, iki oğul atası olan İgidimiz ömrünün son 7 ilini Ordu ilə, hərblə bağlayıb, MAXE kimi, fəaliyyət göstərib.

Döyüşüb, vuruşub, qəhrəmanlıqlar göstərib.

Müxtəlif vaxtlarda dəfə ağır şəkildə yaralanıb.

Birinci dəfə Aprel döyüşlərindən xeyli əvvəl, Tərtər istiqamətdə, postda olarkən düşmən tərəfindən snayperlə vurulub, ağır şəkildə yaralanıb, xeyli müddət müalicə alıb.

İkinci dəfə 2016-cı ilin Aprel döyüşləri zamanı yaralanıb.

Sonuncu-üçüncü dəfə isə İkinci Vətən Müharibəsinin ilk günlərində, Ağdərə-Suqovuşan istiqamətində yaralanıb.

Üç gün Şəmkir hospitalında, bir gün Mingəçevirdə, xəstəxanada yatıb, amma yaralı olmasına baxmayaraq, yenidən cəbhəyə, Tərtər-Ağdərə istiqamətinə qayıdıb.

Və oktyabrın 4-də Suqovuşan istiqamətində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi bir həftə sonra Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Anım Günü ilə bağlı bu gün Şəhidin məzarı ziyarət olunacaq, sonra isə anım mərasimi keçiriləcək.

Ziyarət və mərasimdə ailə üzvləri, yaxınları, Mingəçevir və digər bölgələrdən olan Şəhid ailələri iştirak edəcəklər.

00:01

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Niyazi İsgəndərovun Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları və digər şəxslər iştirak ediblər.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı binanın həyətində anım mərasimi keçirilib, adına ehsan verilib.

Bir daha ruhuna dualar edilib.

Nur içində yatsın!

13:30

***

https://www.youtube.com/watch?v=nlv5yf15CR0

FOTOLAR:

ŞƏHİDİN XANIMI VƏ ÖVLADI…

***

ŞƏHİD ANALARI, ŞƏHİD AİLƏLƏRİ…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Təklif edirəm ki, Qoşulmama Hərəkatına üzv dövlətlər artıq təsisatlanma ideyası üzərində düşünsünlər…Azərbaycan sədr qismində məsləhətləşmələr apararaq, Hərəkata üzv dövlətlərin bununla bağlı mövqeyini öyrənəcək…”-İLHAM ƏLİYEV – FOTO

Read Next

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi-ADLANDIRILDI – FƏRMAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir