Ailənin tək övladı, anası tərəfindən təkbaşına böyüdülən-ŞƏHİD EMİN İSMAYILOV: BU GÜN ONUN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜDÜR – 21 YAŞI TAMAM OLDU, MƏZARI ZİYARƏT EDİLDİ, MƏRASİM DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (3)

Bu gün Bakının (həm də Cəbrayılın) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin-ailənin tək övladı, subay Emin Tahir oğlu İsmayılovun doğum günüdür.

Emin İsmayılovun bu gün 21 yaşı tamam olur.

Bu, Şəhidin Onsuz keçirilən ikinci ad günü, mövludu, Cənnətdəki ikinci doğum günüdür.

Etikxeber.az xəbər verir ki, əslən Cəbrayıllı olan Emin İsmayılov 2001-ci ilin mayın 21-də anadan olub.

Evin tək övladı, tək oğlu olub.

Anası Məlahət xanım tərəfindən təkbaşına böyüdülüb.

Orta məktəbi bitirdikdən sonra Vətənin keşiyinə yollanıb, Goranboy istiqamətindəki hərbi hissələlərdən birində hərbi qulluğa başlayıb.

İkinci Vətən Müharibəsində də Azərbaycan Ordusunun Əsgəru kimi iştirak edib.

Sonuncu dəfə isə anası Məlahət xanımla sentyabrın 30-da danışıb.

Döyüşüb, vuruşub və oktyabrın 6-da Kəlbəcər istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşini uzun müddət götürmək mümkün olmayıb.

Yalnız noyabr ayının 20-də nəşini əldə etmək mümükün olub.

Və nəşi İkinci Fəxri Xiyabanında dəfn edilib.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

O, həm də subay olub.

***

Cənnətdəki ikinci doğum günü ilə bağlı bu gün səhər saatlarında İkinci Fəxri Xiyabanda məzarı ziyarət olunub.

Məzarı üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.

Ruhuna dualar edilib.

Ziyarətdən sonra “Mətin” şadlıq sarayında Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim başlayıb, adına ehsan süfrəsi açılıb.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, bir daha ruhuna dualar oxunub.

Dini mahnılar, İlahilər səsləndirilib, Şəhidə, Şəhidlərə, Vətənə həsr olunmuş mahnılar ifa olunub, çıxışlar edilib.

Çıxışlarda Şəhidin və cəmi Şəhidlərin İgidliyi və Qəhrəmanlığından, tarixi Qələbə və Zəfərimizdəki xidmətlərindən danışılıb.

Şəhidin anasına bir daha səbr və dözüm arzulanıb, bir daha Şəhidin Cənnətdəki ikinci doğum günü təbrik edilib.

Mərasimdə kövrək, təsirli, duyğulu anlar yaşanıb.

Şəhidin anası Məlahət xanım da öz növbəsində belə bir gündə onu tək buraxmadıqları üçün mərasim iştirakçılarına və ziyarətçilərə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, məzarını ziyarətdə və Cənntdəki ikinci ad günü ilə bağlı mərasimdə Şəhidin yaxınları, Bakıdan, Sumqayıtdan, Cəbrayıldan, Şamaxıdan və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, Cəbrayılı parlamentdə təmsil edən millət vəkili Ceyhun Məmmədov, Cəbrayıl rayonundan olan bir sıra məsul şəxslər və başqaları iştirak ediblər.

Məqamı Uca, Cənnətdəki ikinci doğum günü mübarək olsun!

Nur içində yatsın!

13:10

***

FOTOLAR:

MƏZARININ ZİYARƏTİ…

16:10

***

CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜ İLƏ BAĞLI MƏRASİM…

ŞƏHİDLƏRİN XATİRƏSİNİN BİR DƏQİQƏLİK SÜKUTLA YAD OLUNMASI, ÜÇRƏNGLİ BAYRAĞIMIZIN MƏCLİSƏ GƏTİRİLMƏSİ, ƏZƏMƏTLİ DÖVLƏT HİMNİNİN SƏSLƏNDİRİLMƏSİ…

16:50

***

ŞƏHİD AİLƏLƏRİ…QƏHRƏMAN AİLƏLƏR…QAZİLƏR…VƏTƏN SEVDALILARI….DƏRD VƏ QÜRUR ORTAQLARI…ÇIXIŞLAR…

EMİN İSMAYILOVA HƏSR OLUNMUŞ VƏ HƏR KƏSİ DUYĞULANDIRAN, HƏR KƏSİ GÖZ YAŞLARINA BOĞAN MAHNININ DƏYƏRLİ SƏNƏTÇİLƏR-XALQ ARTİSTİ GÜLYANAQ MƏMMƏDOVA VƏ BƏSTƏKAR RUSLAN SƏFƏROĞLU TƏRƏFİNDƏN SƏSLƏNDİRİLMƏSİ…

17:50

***

ŞƏHİDİN CƏNNƏTDƏKİ DOĞUM GÜNÜ TORTUNUN KƏSİLMƏSİ…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Cəmi 1 yeni-YOLUXMA…

Read Next

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin-İCLASI OLACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir