Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün-27 oktyabr 2023-cü il tarixində İkinci Vətən Müharibəsi Şəhidi Cəmil Məmmədlinin adını daşıyan küçənin izdihamlı açılış mərasimi olub.
Qeyd edək ki, bir neçə ay öncə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun imzaladığı Sərəncamla Bakı şəhərinin Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən keçmiş “Məktəbli” küçəsinə Şəhid Cəmil Məmmədlinin adı verilib.
Etikxeber.az xəbər verir ki, açılış mərasimində Şəhidin valideynləri-anası Aygün Məmmədova və atası Habil Məmmədov, Səbailli Şəhid ailələri, Vüqar Zeynalov başda olmaqla, Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi, Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının üzvləri, Qazilər, din xadimləri, müəllim və məktəblillər və digər şəxslər iştirak ediblər.
Açılış mərasimində Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutkla yad olunub, Dövlət himni səsləndirilib.
Açılış mərasimi zamanı Şəhidin İgidliyi və Qəhrəmanlığından, keçdiyi 21 illik qısa, lakin şərəfli həyat və döyüş yolundan bəhs olunub.
Sonra küçədəki lövhənin üzərindən ağ örpək götürülb və küçənin açılışı rəsmiləşdirilib.
Qeyd edək ki, əslən İsmayıllı rayonundan olan evin tək və subay oğlu, ali təhsilli Cəmil Məmmədli 1999-cu ilin iyulun 28-də Aygün və Habil Məmmədovların ailəsində dünyaya gəlib.
Ailəsi ilə birlikdə Bakının Səbail rayonunun Bayıl qəsəbəsində yaşayıblar.
2020-ci ilin iyulunda ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb və Azərbaycan Ordusunun Əsgəri kimi İkinci Vətən Müharibəsində iştirak edib.
2020-ci ilin oktyabrın 14-dən 15-nə keçən gecə isə Füzuli istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.
Nəşi elə həmin gün İsmayıllı rayon Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhidliyindən sonra dörd medal və bir orden-3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Cəmilgil həm də ailədə iki övlad, bir bacı, bir qardş olublar.
Bacısı Aybəniz xanım hazırda ailəlidir.
***
FOTOLAR:

















Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az




