Ailənin tək, subay və ali təhsilli oğlu-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ RƏŞAD ZEYNALLININ CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR, BU GÜN 26 YAŞI TAMAM OLUR…

Əslən İmişlidən, özü isə Bakı şəhərinin Nəsimi rayonundan olan Rəşad Qiyas oğlu Zeynallının doğum günüdür.

Rəşad Zeynallının bu gün 26 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Etikxeber.az-ın xəbərinə görə, Rəşad Zeynallı 1998-ci ilin 21 aprel tarixində Bakı şəhərinin Nəsimi rayonunda dünyaya gəlib.

Ailənin üç övladından, evin tək oğlu, iki bacının tək qardaşı idi.

Rəşadın özündən böyük Mirzeynal adlı qardaşı da olub.

Amma Mirzeynal Zeynalbəyli 1997-ci ildə, cəmi 4 yaşında dünyasını dəyişib və Zeynalovlar (Zeynallılar) ailəsi ilk övlad acısını yaşayıb.

Rəşad 2004-2008-ci illərdə İ. Əfəndiyev adına Elitar Gimnaziyada, 2008-2015-ci illərdə isə P. Nəzərov adına 60 nömrəli tam orta məкtəbdə təhsil alıb.

Orta məktəbi müvəffəqiyyətlə başa vuran Rəşad ali məktəbə daxil olub, 2015-2019-ci illərdə Azərbaycan Texniki Universitetində (AzTU) “Cihazqayırma mühəndisliyi” ixtisası üzrə ali təhsil alıb.

Ali təhsilini başa vurduqdan sonra-2019-cu ilin payızında həqiqi hərbi xidmətə yollanıb.

Əsgərliyinin başa çatmasına sayılı günlər qalmış isə İkinci Vətən Müharibəsi başlayıb və Azərbaycan Ordusunun Əsgəri kimi döyüşlərə atılıb.

Cəbrayıl  Füzuli istiqamətində döyüşlərdə iştirak edib.

Şərəfli döyüş yolu 11 gün çəkib və oktyabr ayının 8-də Cəbrayıl rayonunda qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

İllər öncə övlad itkisi yaşayan Zeynalovlar (Zeynallılar) ailəsinin acısının üzərinə daha bir acı, dərdinin üzərinə daha bir dərd gəlib.

Oktyabrın 8-də Şəhid olsa da, ancaq nəşi 21 gündən sonra, 29 oktyabr tarixində İkinci Fəxri Xiyabanda Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”  “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Valideynləri isə övladlarının-tək oğullarının eyni zamanda, ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyirlər.

22 yaşında Şəhidlik məqamına ucalan Rəşad Zeynallı həm də subay olub.

Şəhidə həsr olunmuş “Rəşadətli ömür” filmi çəkilib.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 26 yaşı mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Azərbaycanda 31 dərəcə isti olub-FAKTİKİ HAVA AÇIQLANDI

Read Next

Daha 39 ailə yola salındı-FÜZULİ ŞƏHƏRİNƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir