Ailənin tək və nişanlı oğlu, Əfsanəvi Xüsusi Təyinatlı-NEMƏT CAVADLININ BU GÜN CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNÜDÜR, 31 YAŞI TAMAM OLUR…

İmişli rayonundan olan İkinci Vətən Müharibəsi Şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Giziri Nemət Cavid oğlu Cavadlının doğum günüdür.

3 iyun 1995-ci il təvəllüdlü Nemət Cavadlının bu gün-3 iyun 2026-cı il tarixində 31 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Etikxeber.az xəbər veriir ki, ailənin üç övladından biri, evin tək oğlu, iki bacının tək qardaşı olan Nemət Cavadlı həm də nişanlı idi.

Bir neçə medallı və “Qarabağ” ordenli Nemət Cavadlı 2020-ci ilin 27 sentyabrından 31 oktyabr tarixinə kimi uzun və şərəfli döyüş yolu keçib.

O, 2020-ci ilin oktyabrın 31-də Daşaltı-Şuşa istiqamətində Şəhadətə ucalıb və nəşi 1 noyabr 2020-ci il tarixində İmişli qəbiristanlığında torpağa tapşırılıb.

Cəmi 25 yaşında Şəhid olan Nemət Cavadlının İmişlidə adını daşıyan küçə var.

Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!

Nur içində yatsın!

Etikxeber.az

Read Previous

Yol Polisindən küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına-MÜRACİƏT

Read Next

Bu yollarda sıxlıq müşahidə olunur-SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir