Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Oğuz rayonunun İkinci Vətən Müharibəsi Şəhidi, evin-ailənin tək və nişanlı oğlu, iki bacının tək qardaşı, peşəkar hərbçi, Gizir, Aprel döyüşlərinin iştirakçısı Tural Arif oğlu Məmmədovun Cənnətdəki beşinci doğum günü, 30 yaşının tamam olması ilə bağlı bu gün-1 may 2025-ci il tarixində, səhər saatlarında Şəhidin Əbədiyyətə uğurlandığı Sincan kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.
Bir neçə medallı və “Azərbaycan Bayrağı” ordenli, 2020-ci ilin 28 oktyabrında Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalan, bir gün sonra-29 oktyabr tarixində isə Sincan kənd qəbiristanlığında Əbədiyyətə uğurlanan Tural Məmmədovun ruhuna dualar olunub, “Quran” oxunub.
31 gün şərəfli döyüş yolu keçən Şəhidlə bağlı çıxışlar edilib.
Çıxışlarda Sincanın iki İkinci Vətən Müharibəsi Şəhidindən biri olan Tural Məmmədovun keçdiyi 25 illik qısa, lakin şərəfli ömür, hərb və döyüş yolundan, İgidliyi və Qəhrəmanlığından bəhs olunub.
Ailəsinə-valideynlərinə, anası Aytəkin xanıma və atası Arif Məmmədova Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki beşinci doğum günü təbrik olunub.
Məktəblilər, eləcə də Qəbələli Şəhid atası tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.
Eyni zamanda, Şəhidin atası Arif Məmmədovun Şəhidlərə həsr etdiyi şeirlər ifa edilib.
Ziyarətin sonunda xatirə fotoları çəkdirilib.
Ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə Cənnətdəki beşinci doğum günü ilə bağlı məclis düzənlənib, adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.
Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Cənnətdəki beşinci doğum günü ilə bağlı təşkil edilən məclisdə-ehsan süfrəsində ailə üzvləri, yaxınları, Oğuzlu, Bərdəli, Qəbələli, Mingəçevirli Şəhid ailələri, yerli ziyalılar, din xadimləri, müəllim və məktəblilər, Oğuz rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Şəhidin hərbçi yoldaşı və dostu, Bərdəli-Qazi Rəşad Ramazanov və ailəsi iştirak ediblər.
Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü mübarək olsun!
Nur içində yatsın!
***
FOTOLAR:





***














Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az