Ailənin tək və subay oğlu, 19 yaşında Şəhidlik məqamına ucalan-QƏBƏLƏLİ AĞAŞİRİN BABAYEVİN BU GÜN ANIM GÜNÜDÜR…

Qəbələ rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ağaşirin Firuz oğlu Babayevin Anım Günüdür.

Ağaşirin Babayevin Əbədiyyətə uğurlanmasından üç il ötür.

Etikxeber.az xəbər verir ki, Ağaşirin Babayev 2001-ci ilin may ayının 16-da Qəbələ rayonunun Qəmərvan kəndində dünyaya gəlib.

Ailənin dörd övladından biri, üç bacının tək qardaşı olub.

Orta məktəbi bitirdikdən sonra-2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb.

İkinci Vətən Müharibəsi zamanı isə Azərbaycan Ordusunun Əsgəri kimi döyüşlərdə iştirak edib və noyabrın 3-də, 19 yaşında Xocavənd istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Ancaq nəşi 16 gündən sonra-noyabr ayının 19-da Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra bir neçə medal və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Ağaşirin həm də subay olub.

Məqamı Uca, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Cəmi 8 ayın Əsgəri və 16 noyabr Şəhidlərindən olan-EVİN-AİLƏNİN TƏK VƏ SUBAY OĞLU ELMİN ƏLİZADƏNİN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

İraq Prezidenti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını-ZİYARƏT ETDİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir