Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün əslən Gürcüstanlı və Bakının Nizami rayonundan olan İkinci Vətən Müharibəsi Şəhidi, ailənin tək və subay övladı, iki bacının tək qardaşı, ali təhsilli, iki medallı Alı Nofəl oğlu Həsənlinin doğum günüdür.
Alı Həsənlinin bu gün 27 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki ikinci doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Şəhidin Cənnətdəki ikinci doğum günü ilə bağlı bu gün ailəsinin yaşadığı binanın həyətində yerləşən mərasim evində mərasim düzənlənib.
Şəhidin adına ehsan süfrəsi açılıb.
Mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, qohumları, Bakının Nizami və Səbail rayonundan olan Şəhid ailələri, Şəhid anaları, Qazilər, din xadimləri, icra başçısı Coşqun Cəbrayılov başda olmaqla, Nizami rayon İcra Hakimiyyətinin rəhbər şəsxləri və digərləri iştirak ediblər.
Mərasimdə Şəhidin və Şəhidlərin ruhuna dualar edilib, “Quran” oxunub.
Mərasim iştirakçıları Şəhidin valideynlərinə bir daha Allahdan səbr və dözüm arzulayıb, bir daha Şəhidin Cənnətdəki ikinci doğum gününü təbrik ediblər.
Mərasim 3 saatdan çox davam edib.
Məqamı Uca, Cənnətdəki ikinci doğum günü mübarək olsun!
15:45
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az