Ailənin tək və subay oğlu, cəmi 18 yaşında Şəhidlik məqamına ucalan-QUBALI MİQDAD ABDULƏLİMOVUN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN ÜÇ İL ÖTÜR…

Quba rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Miqdad Faiq oğlu Abduləlimovun Anım Günüdür.

Miqdad Abduləlimovun bu gün Əbədiyyətə uğurlanmasından üç il keçir.

Etikxeber.az xəbərir ki, Miqdad Abduəlimov 2002-ci ilin martında 23-də Qubada, Mirzəməmmədkənd kəndində Abduləlimovlar ailəsində dünyaya gəlib.

Ailənin üç övladından biri, iki bacının tək qardaşı olub.

Hər iki bacısı hazırda ailəlidir.

2019-cu ildə orta məktəbi bitirib və Bakıda İqtisad Kollecinə daxil olub.

2020-ci ilin mayın 4-də hərbi xidmətə yollanıb və Azərbaycan Ordusunun Əsgəri kimi İkinci Vətən Müharibəsi zamanı döyüşlərdə iştirak edib.

Və müharibənin elə ilk günlərində, Tərtər-Ağdərə istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Amma nəşi təxminən bir ay sonra, 29 oktyabr tarixində Quba Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Miqdad həm də subay olub.

Yaşadığı küçə hazırda Onun adını daşıyır.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Goranboylu İkinci Vətən Müharibəsi Şəhidi, ailənin beş övladından biri-TACİR CƏFƏROVUN BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANDIĞI GÜNDÜR…

Read Next

Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi-RƏŞAD NADİROVUN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (3)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir