Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Gədəbəy rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Hüseyn Aslan oğlu Rzayevin doğum günüdür.
Bu gün-14 may 2026-cı il tarixində Hüseyn Rzayevin 30 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövludududur.
Etikxeber.az xəbər verir ki, Hüseyn Rzayev 1996-cı ilin 14 may tarixində Qəhrəman Gədəbəy rayonunun Novosaratovka kəndində dünyaya gəlib…
Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub…
Bacısı hazırda ailəlidir…
2002-2013-cü illərdə orta məktəbdə oxuyub…
Orta məktəbi bitirdikdən bir il sonra, 2014-cü ilin iyun ayında həqiqi hərbi xidmətə yollanıb…
Füzuli rayonu istiqamətində yerləşən “N” saylı hərbi hissədə həqiqihərbi xidmət keçib…
Əsgərlik zamanı fərqləndiyinə görə hərbi hissənin komandanlığı tərəfindən təşəkkürnamə ilə təltif edilib…
2016-cı ilin yanvar ayında həqiqi hərbi xidmətini başa vuraraq, evinə-ailəsinə dönüb və həmin ilin noyabr ayında yenidən hərb yolunu seçib…
Öz kəndlərində yerləşən “N” saylı hərbi hissədə hərbçi-MAXE kimi fəaliyyət göstərib…
3 il 6 aydan sonra, 2020-ci ilin aprelində isə ehtiyata buraxılıb…
2020-ci ilin sentyabrında İkinci Vətən Müharibəsinin başlaması ilə könüllü olaraq, döyüşlərə, cəbhəyə yollanıb…
Əvvəlcə Kəlbəcər-Murovdağ, sonra isə Füzuli, Xocavənd, Qubalı istiqamətlərində döyüşüb…
Axırıncı dəfə ailəsi ilə oktyabr ayının 25-də danışıb…
Elə həmin gün, 25-dən 26-na keçən gecə Füzuli istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Döyüş yoldaşının ailəsinə bildirdiyinə görə, yaralı vəziyyətdə olan komandirini xilas etməyə gedərkən Şəhidlik zirvəsinə yüksəlib…
Ancaq nəşini bir müddət əldə etmək mümkün olmayıb…
Nəşi yalnız noyabr ayının 23-də əldə edilib və həmin gün Novosaratovka kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra Ali Baş Komandan tərəfindən “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub…
Ailəsi isə övladlarının həm də “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir…
24 yaşında Şəhidlik məqamına ucalan Hüseyn həm də subay olub…
Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az




