Ailənin tək və subay oğlu, Gizir-ŞAMAXILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ CEYHUN ORUCOVUN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNACAQ, TƏDBİR DÜZƏNLƏNƏCƏK…

Şamaxı rayonunun (həm də Bakının Müşfiqabad qəsəbəsinin) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ceyhun Namaz oğlu Orucovun ad günüdür.

Ceyhun Orucovun bu gün 27 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Şəhidin Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şamaxı rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar olunacaq, “Quran” oxunacaq.

Qısa çıxışlar ediləcək, məktəblilər tərəfindən şeirlər səsləndiriləcək.

Məzarını ziyarətdən sonra isə Şəhidin Müşfiqabad qəsəbəsindəki evində-ata ocağında Cənnətdəki dördüncü doğum günü ilə bağlı mərasim düzənlənəcək, adına ehsan süfrəsi açılacaq, bir daha ruhuna dualar ediləcək.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki dördüncü doğum günü ilə bağlı mərasimdə ailə üzvləri, ŞamaxıBakıdan olan Şəhid ailələri, Qazilər, məktəblilər, din xadimləri və digər şəxslər iştirak edəcəklər.

Etikxeber.az xəbər verir ki, Ceyhun Orucov 1996-cı ilin dekabr ayının 17-də Şamaxı rayonunun Nağaraxana kəndində sadə bir ailədə dünyaya göz açıb.

Ailənin iki övladından biri, tək bacının tək qardaşı olub.

2003-2014-cü illərdə A.S.Qəhrəmanov adına Nağaraxana kənd tam orta məktəbində təhsil alıb.

2015-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Hərbi xidmətdən sonra Ceyhun Orucov həyatını yenidən Ordu, hərb ilə bağlayıb.

Peşəkar hərbçi kimi Gizir hərbi rütbəsini daşıyıb.

2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində Gizir hərbi rütbəsində fəaliyyət göstərməyə başlayıb.

2020-ci il sentyabrın 27-də isə İkinci Vətən Müharibəsinə qatılıb.

Şərəfli döyüş yolu 4 gün çəkib, sentyabr ayının 30-da Füzuli döyüşləri zamanı şəhid olub.

Ancaq nəşi düz bir aydan sonra əldə edilib və oktyabr ayının 30-da Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

O, həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü, 27 yaşı mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İlham Əliyev Küveyt Əmirinin vəfatı ilə bağlı-BAŞSAĞLIĞI VERDİ

Read Next

Evin-ailənin üç övladından biri olan-ŞAMAXILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ŞAHMURAD İSGƏNDƏROVUN BU GÜN 27 YAŞI TAMAM OLUR… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir