Ailənin tək və subay oğlu, iki bacının tək qardaşı idi…2020-ci ilin payızında Şəhid oldu, ancaq Şəhidlik Haqqı 2025-ci ilin yazında tanındı-SABAH CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNÜ, 32 YAŞI TAMAM OLAN DAŞKƏSƏNLİ RÖYAL VERDİYEV – FOTOLAR

Daşkəsənli Şəhid Röyal Qabil oğlu Verdiyevin doğum günüdür.

Röyal Verdiyevun sabah-17 avqust 2026-cı il tarixində 32 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Röyal Verdiyev 1994-cü ilin avqust ayının 17-də Daşkəsən rayonunun Xoşbulaq kəndində dünyaya gəlib.

Ailənin üç övladından biri, evin tək oğlu, iki bacının tək qardaşı olub.

2000-2011-ci illərdə orta məktəbdə oxuyub.

2012-2014-cü illərdə həqiqi hərbi xidmətdə olub, Vətənin keşiyində dayanıb.

Əsgərlikdən sonra müxtəlif sahələrdə çalışıb, fəhləliklə məşğul olub.

İkinci Vətən Müharibəsində iştirak edib.

Cəbrayıl, Qubadlı, Laçın rayonları istiqamətində gedən döyüşlərdə vuruşub və Qubadlıda qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.

Nəşi 2020-ci ilin dekabr ayının 3-də Daşkəsən rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Ancaq təxminən beş ilə yaxın müddət ərzində onun Şəhidlik Haqqı tanınmayıb.

Yalınz ötən ilin yazında ailəsi Röyal Verdiyevin Şəhidlik Haqqının tanınmasına nail ola bilib.

Bu məsələdə isə Daşkəsən rayonunun Hərbi komissarı işləyən Ramil Qarayevin böyük əməyi və rolu olub.

Şəhidliyindən sonra “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”  “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

O, həm də subay idi.

Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Oğuzlu Antiterror Şəhidi Röyal Beydiyevin bacısının-TOYU OLDU – FOTO-VİDEO

Read Next

İtkin Şəhid Ruslan Mövlayevin atası Kamil Mövlayev-HAQQIN DƏRGAHINA QOVUŞDU – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir