Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Göyçay rayonundan olan İkinci Vətən Müharibəsi Şəhidi, Xüsusi Təyinatlı Elnur Ərəstun oğlu Əliyevin doğum günüdür.
Bu gün Şəhidin 24 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.
Şəhidin məzarı başında çıxışlar olunub.
Şəhidin keçdiyi 20 illik qısa, lakin şərəfli həyat, hərb və döyüş youndan danışılıb, İgidliyi və Qəhrəmanlığından bəhs olunub.
Ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Elnur Əliyevin Cənnətdəki dördüncü doğum günü, 24 yaşı təbrik olunub.
Məktəblilər tərəfindən şeirlər səsləndirilib.
Sonra Göyçaydakı restoranlardan birində Şəhidin Cənnətdəki dördüncü doğum günü ilə bağlı məclis düzənlənib, adına çay-ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.
Şəhidin məzarını ziyarətdə və Cənnətdəki dördüncü doğum günü ilə bağlı məclisdə Elnur Əliyevin ailə üzvləri, Göyçaylı Şəhid ailələri, Qazilər, hərbçilər, müəllim və məktəblilər, din xadimləri, yerli ziyalılar iştirak ediblər.
Etikxeber.az xəbər verir ki, Elnur Əliyev 2000-ci ilin fevral ayının 10-da Göyçay şəhərində ziyalı ailəsində dünyaya gəlib.
Anası-Qəbələli Tahirə xanım ali təhsilli, atası-Göyçaylı Ərəstun Əliyev texnikum təhsillidir.
Ailənin üç övladından biri, iki bacının tək qardaşı, evin tək oğlu olub.
Hər iki bacısı hazırda ailəli, iki övlad anasıdır.
Orta məktəbi-Göyçay rayon Nizami adına 7 nömrəli məktəbi bitirdikdən sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub.

Sonra arzusunu gerçəkləşdirib, həyatını Ordu, hərb ilə bağlayıb, əvvəlcə MAXE-Kiçik çavuş, 2020-ci ilin iyunundan isə Xüsusi Təyinatlı kimi fəaliyyətə başlayıb.
İkinci Vətən Müharibəsinin ilk günündən Vətənin müdafiəsinə atılıb, şərəfli döyüş yolu 9 gün çəkib və oktyabrın 5-də Cəbrayıl istiqamətində qanlı döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Şəhidliyi xəbəri bir gün sonra-noyabrın 6-da ailəsinə verilib.
Tahirə ƏLİYEVA: “BALAMI ELƏ ƏZİYYƏTLƏRLƏ BÖYÜTMÜŞDÜM Kİ…BALAMIN BƏHRƏSİNİ GÖRƏ BİLMƏDİM… ARZULARI DA, ARZULARIM DA GÖZLƏRİMİZDƏ QALDI…”

Ancaq nəşi 13 gündən sonra əldə edilib və oktyabrın 19-da Göyçay rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra 5 medalla və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
20 yaşında Şəhid olan Elnur Əliyev həm də subay idi.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!
Nur içində yatsın!
12:30
***
FOTOLAR:



















***









Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az