Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ağdam rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Məhəmmədəli Asif oğlu Məhəmmədəlizadənin doğum günüdür.
Məhəmmədəli Məhəmmədəlizadənin sabah-28 aprel 2024-cü il tarixində 32 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, evin-ailənin tək oğlu Məhəmmədəli Məhəmmədəlizadə 1992-ci ilin aprelin 28-də Ağdamın Güllücə kəndində dünyaya gəlib.
Məhəmmədəligil ailədə 4 övlad olublar.
Bir bacısı və bir qardaşı uşaq-körpə vaxtlarında dünyasını dəyişib və Məhəmmədəligil bir bacı-bir qardaş qalıblar.
Tək bacısı hazırda iki övlad anasıdır.
Məhəmmədgil 1993-cü ilin yayında Ağdamın işğal olunması ilə əvvəlcə Bərdədə, sonra isə Ağdamın İkinci Dördyol qəsəbəsində məskunlaşıblar.
1998-2009-cu illərdə orta orta məktəbdə oxuyub.
Orta məktəbi bitirdikdən sonra, 2010-2011-ci illərdə Azərbaycan Ordusunda xidmət edib.
Əsgərlikdən döndükdən sonra bir müddət müxtəlif sahələrdə çalışıb.
Son 5 ildə isə həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.
İkinci Vətən Müharibəsi zamanı isə ilk gündən döyüşlərdə olub və müharibənin 10-cu günündə, oktyabrın 6-dan 7-nə keçən gecə elə doğulub boya-başa çatdığı Ağdam rayonunda qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi 4 gün sonra, oktyabrın 11-də Quzanlı Şəhidlər Xiyabanında Əbədiyyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda” və Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.
Ailəsi, valideynləri isə övladlarının başqa medallarla və ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.
Məhəmmədəli həm də subay olub.
Məkanı Cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 32 yaşı mübarək, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





