Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İkinci Vətən Müharibəsi Şəhidlərindən Biləsuvarlı Turan Sulduz oğlu Əliyevin də sabah Anım Günüdür.
Sabah-27 noyabr 2024-cü il tarixində Şəhidin Əbədiyyətə uğurlanmasından dörd il keçir.
Etikxeber.az xəbər verir ki, Turan Əliyev 1996-cı il iyulun 7-də Biləsuvar rayonunun Əsgərabad kəndində dünyaya gəlib.
Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.
Atasını çox erkən yaşlarında itirib.
Anası Tünzalə xanım ona, eləcə də hazırda ailəli-üç övlad anası olan bacısına-Türkana həm analıq, həm də atalıq edibə
Turan 2002-2013-cü illərdə Əsgərabad kənd tam orta məktəbində oxuyub.
Orta məktəbi bitirdikdən sonra, 2013-2016-cı illərdə kollecdə (texnikumda) təhsil alıb.
Kolleci bitirdikdən sonra, 2017-2018-ci illərdə isə “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib.
Əsgərlikdən sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb və 2018-ci ilin fevral ayından MAXE kimi Kiçik çavuş rütbəsində xidmətini davam etdirib.
Müdafiə Nazirliyinin Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzi tərəfindən təşkil olunmuş atıcılıq kurslarında fərqləndiyinə görə Turan dəfələrlə mükafatlandırılıb.
Bir peşəkar hərbçi kimi İkici Vətən Müharibəsinə qatılıb.
Şərəfli döyüş yolu uzun çəkib, tarixi Qələbəmizədək davam edib…
Müharibənin ilk günündən son günücən döyüşlərdə iştirak edib və axırıncı dəfə isə anası Tünzalə xanımla noyabrın 25-də əlaqə saxlayıb.
Cəmi bir gün sonra, noyabrın 26-da isə Füzuli istiqamətində qəhrəmancasına Şəhid olub.
Nəşi də bir gün sonra, 27 noyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Əsgərabad kəndində dəfn olunub.
Şəhidliyindən sonra üç medalla təltif edilib…
Ancaq anası Tünzalə xanım həm də övladının ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.
Turan eyni zamanda, Əsgərabadın beş İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
24 yaşında Şəhidlik məqamına ucalan Şəhidimiz həm də subay olub.
Məkanı cənnətlik olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az