Ailənin tək və subay övladı, ali təhsilli-peşəkar hərbçi, Əfsanəvi Xüsusi Təyinatlı-ŞƏHRİYAR ƏLİBƏYLİNİN BU GÜN ANIM GÜNÜDÜR…- FOTOLAR – YENİLƏNİB – (1)

Əslən Qəbələli-Vəndamlı, ali-hərbi təhsilli, peşəkar hərbçi, Əfsanəvi Xüsusi Təyinatlı, Baş leytenant, evin-ailənin tək oğlan və subay övladı, İkinci Vətən Müharibəsinin və digər əməliyyatların iştirakçısı, bir neçə medallı-Şəhid Şəhriyar Ramiz oğlu Əlibəylinin ikinci il, Anım Günü doğum günü ilə bağlı bu gün, 5 mart 2025-ci il tarixində-səhər saatlarında İkinci Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

Ruhuna dualar olunub, məzarları başında “Quran” oxunub.

Etikxeber.az xəbər verir ki, ziyarət zamanı Şəhidin valideynlərinə Allahdan səbr və dözüm arzulanıb.

Qısa çıxışlar edilib, Şəhidin İgidliyi və Qəhrəmanlığından söz açılıb.

Şəhidin məzarı önündə məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Sonra İkinci Şəhidlər Xiyabanında yerləşən Mərasim Evində Şəhidin Anım günü ilə bağlı mərasim düzənlənib, adına çay-ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar edilib.

Şəhidlə bağlı videoçarx nümayiş etdirilib.

Sonda xatirə fotoları çəkdirilib.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsi Şəhidləri-polkovnik-leytenant Zaur Cəfərov və həkim Feyruz Hacılı-HƏR İKİ ŞƏHİDİN CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜNDƏ MƏZARLARI ZİYARƏT EDİLDİ, VƏTƏN NAMİNƏ FƏDAKARLIQLARINDAN SÖZ AÇILIDI; MİLLƏT VƏKİLİ ÜLVİ QULİYEV: “MƏHZ ŞƏHİDLƏRİMİZİN SAYƏSİNDƏ QARABAĞIMIZDA ÜÇRƏNGLİ BAYRAĞIMIZ DALĞALANR, “AZAN” OXUNUR, MUĞAM SƏSLƏNİR…” – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Ərdoğanla Əliyev təkbətək-GÖRÜŞDÜ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir