Ailənin üç oğlan övladından biri, ali təhsilini yarımçıq qoyub Vətənin müdafiəsinə yollanan və 1993-cü ildə-cəmi 19 yaşında Şəhid olan-ELŞAD ƏLİYEVİN BU GÜN 49 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (1)

Bakı şəhərindən olan Birinci Qarabağ Savaşı Şəhidi Elşad Hacıbaba oğlu Əliyevin doğum günüdür.

Elşad Əliyevin fevralın 27-də 49 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki 30-cu doğum günü, mövlududur.

49 yaşının tamam olması ilə bağlı bu gün Şəhidin Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar olunub.

Məktəblilər tərəfindən Şəhidə, Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib.

Sonra “Nanəli” restoranında Şəhidin Cənnətdəki 30-cu doğum günü ilə bağlı məclis düzənlənib, adına ehsan verilib.

Çıxışlar olunub, bir daha ruhuna dualar edilib.

Şəhidin ailəsinə-anası Flora xanıma Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki 30-cu doğum günü, 49 yaşı təbrik olunub.

Eyni zamanda, “Odlar yurdu” qrupunun üzvü Azər Hüseynov tərəfindən Şəhidin anası Flora Əliyevaya adıçəkilən qrupun və iş adamı Mübariz Mənsimovun adından “Xarıbülbül” simvolu təqdim olunub.

Şəhidin anası da öz növbəsində “Odlar yurdu” qrupuna və Mübariz Mənsimova minnətdarlığını ifadə edib.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki 30-cu doğum günü ilə bağlı məclisdə ailə üzvləri, Şəhid ailələri, Qazilər, məktəblilər, ziyalılar iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Elşad Əliyev 1975-ci ilin 27 fevral tarixində Bakı şəhərində, ziyalı ailəsində dünyaya gəlib.

Ailədə üç övlad, üç qardaş olublar.

Elşad ailənin ortancılı övladı idi

Ataları Hacıbaba kişini çox erkən və vaxtsız itiriblər.

Əslən Maştağalı olan Hacıbaba kişi cəmi 34 yaşında infarktdan dünyasını dəyişib və və elə o vaxtdan da anaları Flora xanım onlara həm analıq, həm atalıq edib.

Elşad orta təhsilini 244 saylı orta məktəbdə alıb və 1991-ci ildə Azərbaycan Texniki Universitetinə qəbul olunub.

1993-cü ilin 27 fevral tarixində 18 yaşı tamam olub və əyani təhsil almasına baxmayaraq, təhsilini yarımçıq dayandırıb və aprel ayının 13-də könüllü şəkildə Əsgərliyə yollanıb.

Əsgərliyi cəmi 3 ay 3 gün çəkib və 1993-cü ilin iyulun 16-da Şəhidlik zirvəsinə yüksəlib.

Nəşi Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

O, həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki 30-cu doğum günü mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Münasibətlərimiz bundan sonra da birgə səylərimizlə “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq inkişaf edəcək və möhkəmlənəcək”-ƏLİYEV ƏRDOĞANI TƏBRİK ETDİ

Read Next

İlham Əliyev özünün “X” hesabında Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı-PAYLAŞIM ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir