Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün həm də Mingəçevirli antiterror Şəhidi Cavid Ceyhun oğlu Əliyevin doğum gümüdür.
Cavid Əliyevin bu gün 20 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki ilk doğum günüdür.
Cənnətdəki ilk doğum günü ilə bağlı bu gün Şəhidin Mingəçevir şəhər Şəhidlər Xiyabanında məzarı ziyarət olunacaq.
Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, “Quran” oxunacaq, qısa çıxışlar ediləcək.
Məzarını ziyarətdən sonra-axşam saatlarında Şəhidin Cənnətdəki ilk doğum günü ilə bağlı məclis düzənlənəcək, adına ehsan-iftar süfrəsi açılacaq, bir daha ruhuna dualar olunacaq.
Şəhidin məzarını ziyarətdə və Cənnətdəki ilk doğum günü ilə bağlı məclisdə ailə üzvləri, Şəhid ailələri, din xadimləri, Qazilər və digər şəxslər iştirak edəcəklər.
Etikxeber.az xəbər verir ki, Cavid Əliyev 2004-cü ilin 18 mart tarixində Mingəçevir şəhərində-sadə bir ailədə dünyaya gəlib.
Ailənin üç oğlan övladından biri, evin ortancıl oğlu olub.
Orta məktəbi Mingəçevir şəhərində, sonra bir müddət Bakı şəhərində oxuyub, 9 illik təhsil alıb.
2022-ci ilin aprelində isə həqiqi hərbi xidmətə yollanıb, Qubadlı istiqamətində qulluq edib.
Əsgərliyinin bitməsinə 11 gün qalmış, 2023-cü ilin sentyabr ayının 19-da-23 saatlıq antiterror əməliyyatı zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi sentyabrın 21-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Cavidin böyük, kollec təhsilli qardaşı bir müddət öncə həqiqi hərbi xidmətdən qayıdıb.
Kiçik qardaşı isə orta məktəb şagirdidir.
Cavid həm də subay olub.
Məkanı cənnətlik, Cənnətdəki ilk doğum günü, 20 yaşı mübarək, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın!


Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az




