Ailənin üç oğlan övladından biri, Qazi qardaşı-AĞDAMLI BİRİNCİ QARABAĞ SAVAŞI ŞƏHİDİ CEYHUN KƏRİMOVUN ANIM GÜNÜDÜR, BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN 32 İL KEÇİR… – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün-25 yanvar 2025-ci il tarixində Ağdamlı Birinci Vətən Müharibəsi Şəhidi, Qazi qardaşı Ceyhun Allahverdi oğlu Kərimovun Anım Günüdür.

Ceyhun Kərimovun Əbədiyyətə uğurlanmasından 32 il ötür.

Anım Günü ilə bağlı bu gün “Stansiya Sumqayıt” adlanan yaşayış ərazisində yerləşən Mərasim evində məclis düzənlənib, Ceyhun Kərimovun adına ehsan süfrəsi açılıb.

Şəhidin ruhuna dualar edilib, “Quran” oxunub.

Çıxışlar edilib.

Çıxışlarda ailəsinə-iki övladını itirmiş Şəhid və Qazi anası Rəxşəndə Kərimovaya Allahdan səbr və dözüm arzulanıb.

Rəxşəndə Kərimova da belə bir gündə onu, ailəsini tək buraxmadıqları üçün məclis iştirakçılarına-Şəhid ailələrinə minnətdarlığını ifadə edib.

Eyni zamanda, “Vətən naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Qubalı Şəhid anası Tünzalə Abduləlimova tərəfindən Ceyhun Kərimovun anasına təşkilatın adından hədiyyə təqdim olunub.

Həmçinin, Birinci Qarabağ Savaşı Şəhidi Elşad Əliyevin anası Flora Əliyeva Birinci Vətən Müharibəsi Şəhidlərinin ailələri adından Tünzalə Abduləlimovaya hədiyyə təqdim edib.

Qeyd edək ki, Şəhidin Anım məclisində anası və tək qardaşı, doğmaları, Birinci və İkinci Qarabağ Savaşı Şəhidlərinin ailələri, Qazilər, ziyalılar, Ceyhun Kərimovun sinif yoldaşları və digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Ceyhun Kərimov 1973-cü ilin sentyabr ayının 14-də Ağdamda dünyaya gəlib.

Ailənin üç övladından, üç qardaşdan biri, evin ortancıl oğlu olub.

1980-1990-cı illərdə orta məktəbdə oxuyub.

Sonra indiki Dövlət Neft və Sənaye Universitetinə daxil olub 3-cü kursda oxuyarkən təhsilini yarımçıq qoyaraq, qardaşı Hilal Kərimov kimi Birinci Qarabağ Müharibəsinə qatılıb.

Cəmi 20 yaşında, 1993-cü ilin yanvar ayının 24-də isə Qaraqayada qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi isə bir gün sonra, yanvarın 25-də Ağdam Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

20 yaşında Şəhidlik məqamına ucalan Ceyhun həm də subay olub.

Kiçik qardaşı Elmir Kərimovun övladı Onun adını daşıyır.

Qeyd edək ki, Şəhidin böyük qardaşı-ali təhsilli, Qazi Hilal Kərimov isə 1997-ci ildə faciəli şəkildə dünyasını dəyişib.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

15:53

***

FOTOLAR:

17:30

***

18:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Kürdəmirli Birinci Qarabağ Savaşı Şəhidi Yaşar Seyidov və Ağdaşlı İkinci Vətən Müharibəsi Şəhidi Atəm Əliyevin-SABAH ANIM GÜNLƏRİDİR…

Read Next

Ağdamlı İkinci Vətən Müharibəsi Şəhidi, bir övladı Vətənə əmanət qalan Xalid Hassanın Cənnətdəki beşinci doğum günü ilə bağlı-BAKI ŞƏHƏRİNDƏ MƏCLİS DÜZƏNLƏNDİ, EYNİ ZAMANDA, ŞƏHİD AİLƏLƏRİNƏ HƏDİYYƏLƏR TƏQDİM EDİLDİ… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir