Ailənin üç oğlan övladından biri, subay, 4 medallı-ŞİRVANLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ RÖYAL MİSİL OĞLU MƏMMƏDOV… – FOTOLAR – YENİLƏNİB

Tarixi 44 günlük İkinci Vətən Müharibəsində qanı, canı ilə Qəhrəmanlıq dastanı yazan oğullarımızdan biri də əslən Şamaxılı, özü isə Şirvanlı olan Röyal Məmmədovdur…

Vətən sevdalımız, İgidimiz, Qəhrəmanımız Röyal Misil oğlu…

Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidimiz Röyal Misil oğlu Məmmədov…

Öz istəyi, qəlbinin hökmü ilə, könüllü şəkildə Vətənimizin, Qarabağımızın müdafiəsinə atılan və 30 yaşında Şəhidlik zirvısinə yüksələn Fədaimiz…

Röyal Məmmədov 1990-cı ilin dekabr ayının 14-də dünyaya gəlib…

Ailənin 3 övladından, 3 qardaşdan biri və evin ortancıl oğlu olub…

İllər öncə anasını itirib…

9-cu sinfi bitirdikdən sonra Peşə Liseyində təhsilini davam etdirib…

Liseyi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb…

Həqiqi hərbi xidmətini, Əsgərliyini başa vurduqdan sonra evinə-ailəsinə dönüb…

Bir müddət Rusiyada yaşayıb, işləyib, ticarətlə məşğul olub…

Sonra yenidən Vətəninə dönüb…

İkinci Vətən Müharibəsi başladıqdan bir gün sonra-sentyabrın 28-də isə özü könüllü şəkildə Vətəninin müdafiəsinə yollanıb, Qarabağının azad edilməsi yolunda döyüşlərə atılıb…

Şərəfli döyüş yolu bir aya yaxın çəkib…

Axırıncı dəfə isə atası Misil kişi ilə oktyabrın 24-də danışıb…

Və elə həmin gün, oktyabrın 24-də də Qubadlı istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra, oktyabrın 25-də Şirvan şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb…

Şəhidliyindən sonra 4 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü“ ,“Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub…

Ötən il adını daşıyan “Şəhid bulağı”nın açılışı olub…

30 yaşında Şəhidlik məqamına ucalan İgidimiz həm də subay idi…

***

Bu gün Şəhidimizin atası Misil kişi ilə tanış, yol yoldaşı oldum..

Onunla birgə həm Kürdəmirli, həm də Ağdamlı İkinci Vətən Müharibəsi Şəhidi Adəm Əliyevlə bağlı Ağdam rayonunun Uçoğlan kəndində təşkil olunan tədbirə gedərkən yolboyu söhbətləşdim, dərdləşdim…

Şəhidimizin atası ilə birlikdə Röyalın qısa, lakin şərəfli döyüş və həyat yoluna qısa da olsa, nəzər saldım…

Qürurlandım, Fəxr etdim, Duyğulandım, “Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim, ruhu qarşısında baş əydiyimi bildirdim…

Şəhidimizə, Şəhidlərimizə borclu olduğumu, borclu olduğumuzu dilə gətirdim…

Məqamı Uca, dərgahı mübarək olsun-Şəhidimizin!

Nur içində uyusun!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bəzən deyirəm ki, kaş başqa cür, başqa xasiyyətli olaydı…Sonra da deyirəm ki, yox, Vüsal başqa cür ola bilməzdi, elə bu cür olmalıydı…”-AĞCABƏDİLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, EVİN-AİLƏNİN TƏK VƏ SUBAY OĞLU VÜSAL ŞÜKÜROVUN ANASI SEVİNC ŞÜKÜROVA – FOTOLAR – YENİLƏNİB

Read Next

58 müntəzəm marşrut xətti üzrə 223 avtobusun hərəkət intervalında gecikmələr var-BNA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir