Ailənin dörd övladından biri, subay, ali təhsilli, Leytenant, üç medal və bir ordenli-YARDIMLILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ TURAL ASLANOVUN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, TƏDBİR DÜZƏNLƏNDİ, 28 İLLİK ŞƏRƏFLİ ÖMÜR YOLUNDAN BƏHS EDİLDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Yardımlı rayonunun Çayüzü kəndinin yeganə İkinci Vətən Müharibəsi Şəhidi, ailənin dörd övladından, üç qardaşdan biri, ali təhsilli, subay, Leytenant, atası və üç əmisi müharibə iştirakçısı, müharibə veteranı olan, üç medallı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Tural Elşən oğlu Aslanovun Cənnətdəki dördüncü doğum günü, 32 yaşının tamam olması ilə bağlı bu gün-5 iyun 2024-cü il tarixində Çayüzü qəbiristanlığındakı məzarı ziyarət olunub.

Etikxeber.az xəbər verir ki, 1992-ci ilin iyun ayının 5-də dünyaya gələn, 2020-ci ilin 5 noyabrında Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalan və 7 noyabr tarixində Əbədiyyətə uğurlanan Tural Aslanovun məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Şəhidin ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki dördüncü doğum günü təbrik olunub.

Eyni zamanda, Cənnətdəki dördüncü doğum günü ilə bağlı Şəhidin 1998-2009-cu illərdə təhsil aldığı Nizami Cəbiyev adına Çayüzü kənd tam orta məktəbində tədbir düzənlənib.

Tədbirdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Bir daha ruhuna dualar olunub.

Çıxışlar edilib, Şəhidin keçdiyi 28 illik qısa, lakin mənalı, şərəfli ömür, hərb və döyüş yolundan bəhs olunub.

Həmçinin, məktəblilər tərəfindən Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, kompozisiya nümayiş etdirilib.

Şəhidin məzarını ziyarət və Cənnətdəki dördüncü doğum günü ilə bağlı təşkil olunmuş tədbir ümumilikdə 3 saat çəkib.

Şəhidin məzarını ziyarətdə və Cənnətdəki dördüncü doğum günü ilə bağlı tədbirdə ailə üzvləri, doğmaları, Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, müəllimlər, şagirdlər və digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 32 yaşı mübarək, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

13:30

***

FOTOLAR:

14:00

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bakıda 38, bölgələrdə 40 dərəcə isti olacaq-SABAH

Read Next

“Qardaşım 32 il öncə, 20 yaşının tamamında, doğum günündə Şəhid oldu…Amma 32 ildir onun nəşini tapa bilmirik, itkin, məzarsız Şəhidlərimizdəndir… Böyük oğlum isə İkinci Vətən Müharibəsi iştirakçısı, müharibə veteranıdır…”-YARDIMLILI, ƏFQANISTAN MÜHARİBƏSİ VƏ BİRİNCİ QARABAĞ SAVAŞI İŞTİRAKÇISI OLAN İBAD ASTANOV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir