Ailənin üç oğlan övladından biri, subay və hərbçi-GORANBOYLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ŞAMƏDDİN ƏLİYEVİN DOĞUM GÜNÜDÜR…

Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin-Balakürd kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Azərbaycan Ordusunun hərçisi, MAXE Şaməddin Qafqaz oğlu Əliyevin Anım Günüdür.

Şaməddin Əliyevin bu gün Əbədiyyətə uğurlanmasından dörd il keçir.

Etikxeber.az xəbər verir ki, Şaməddin Əliyev 1990-cı ilin yanvar ayının 8-də Goranboy rayonunun Balakürd kəndində (Qızılhacılı qəsəbəsində) dünyaya gəlib.

Ailənin dörd övladından, üç qardaşdan biri olub.

Qardaşlarından bir evli, biri isə subaydır.

Orta məktəbi bitirdikdən, həqiqi hərbi xidmətini başa vurduqdan sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb.

Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.

Və İkinci Vətən Müharibəsinin ilk günlərində qəhrəmancasına Şəhid olub, 2020-ci ilin 30 sentyabr tarixində Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra 4 medalla təltif olunub.

O, həm də subay olub.

Məkanı cənnətlik, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Əsgərliyini bitirməsinə 8 gün qalmış qətlə yetirilən Bərdəli Musa Bayramovun atası ölkə Prezidentinə müraciət etdi: “ƏSL HƏQİQƏTİN ORTAYA ÇIXARILMASINI, BALAMA HAQQI OLAN ŞƏHİDLİK STATUSUNUN VERİLMƏSİNİ İSTƏYİRİK”

Read Next

“Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir