Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Hacıqabul rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Mehti Yalçın oğlu Şıxəliyevin doğum günüdür.
“Mixaylo” ləqəbli Mehti Şıxəliyevin bu gün 28 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Mehti Şıxəliyev 1996-cı ilin fevral ayının 16-da Hacıqabul rayonunun Meyniman kəndində dünyaya gəlib.
Evin-ailənin üç övladından, iki qardaşdan biri olub.
O, həm də subay idi.
Orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb və Azərbaycan Ordusunun Əsgəri kimi 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.
2016-cı ildə Əsgərliyini başa vurduqdan sonra həyatını yenidən Ordu, hərb ilə bağlayıb.
Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Kiçik giziri olub.
İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də döyüşlərdə olub.
Kəlbəcərdən, Murovdan Şuşayacan şərəfli döyüş yolu keçib və noyabr ayında Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi noyabrın 12-də Hacıqabul rayon qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.
İstər Şəhidliyindən öncə, istərsə də Şəhidliyindən sonra medallarla və “Qarabağ” ordeni ilə təltif olunub.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 28 yaşı mübarək, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Allah ailəsinə, valideynlərinə səbr və dözüm versin!
Nur içində yatsın
***
FOTOLAR:




Kamil HƏMZƏOĞLU
Etikxeber.az




