Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əslən Naxçıvanlı, Şərurlu İkinci Vətən Müharibəsi Şəhidi Adil Asəm oğlu İbrahimlinin doğum günüdür.
Adil İbrahimlinin bu gün-9 sentyabr 2026-cı il tarixində 34 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, əslən Naxçıvan Muxtar Respublikasından (NMR) olan Adil İbrahimli 9 sentyabr 1992-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib.
Ailənin üç övladından, iki qardaşdan biri olub.
1999-2008-ci illərdə Sumqayıt şəhər14 nömrəli tam orta məktəbdə oxuyub.
2008-ci ildən isə təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib.
2011-ci ildə həmin liseyi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub.
2015-ci ildə Ali Hərbi Məktəbi bitirərək, Leytenant hərbi rütbəsi alıb.
Sonra Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində zabit kimi təkmilləşdirmə kursu keçərək Azərbaycan Ordusunda xidmətə başlayıb.
2017-ci ildə Xüsusi Təyinatlı Qüvvələrə (XTQ) qəbul olunan Adil orada fəaliyyət göstərdiyi zamanda Türkiyədə “Komando” kursunu fərqlənmə ilə bitirib.
44 günlük Vətən Müharibəsində isə Murovdağ uğrunda gedən döyüşlərdə, Suqovuşan, Füzuli, Hadrut, Xocavənd, Şuşa döyüşlərində iştirak edib.
Son tapşırığı Şuşada olub və yaralı olsa da, sonacan qəhrəmancasına vuruşub.
Noyabrın 7-də isə Şəhidlik zirvəsinə yüksəlib.
Nəşi İkinci Şəhidlər Xiyabanında (İkinci Fəxri Xiyabanda) Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
Həmçinin, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.
Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbə adı verilib.
Adil ailəli olub, Şəhidliyindən üç il öncə Nargül İbrahimli ilə ailə həyatı qurub.
Əbəlfəz və Həzra adlı övladları ailəsinə, Vətənə əmanət qalıb.
Qayını-Əfsanəvi Xüsusi Təyinatlı Elton Qəmbərli də İkinci Vətən Müharibəsi Şəhididir.
***
Bu gün həm də əslən Ağdərə rayonunun Kərəmli kəndindən və məcburi köçkün, özü isə Oğuz rayonundan olan Kənan Vahid Ağayevin mövludu, Cənnətdəki üçüncü doğum günüdür.
Bu gün Kənan Ağayevin 24 yaşı tamam olur.
Qeyd edək ki, Kənan Ağayev 2002-ci ilin 9 sentyabr tarixində Oğuz rayonunun Xalxal (Xalxalqışlaq) kəndində sadə bir ailədə dünyaya gəlib.
Atası-Birinci Qarabağ Savaşı iştirakçısı və müharibə veteranı Vahid Ağayev əslən Ağdərə rayonunun Kərəmli kəndindən, anası Raminə Ağayeva isə Oğuz rayonunun Ərmənət kəndindəndir…
Kənan evin dörd övladından, Ağayevlər ailəsinin üç oğlundan biri olub…

İkinci Qarabağ Savaşı iştirakçısı, müharibə veteranı və iki medallı olan böyük qardaşı Nurlan Ağayev və tək bacıları Mətanət xanım hazırda ailəlidir…
Kiçik qardaşı, 2005-ci il təvəllüdlü olan Tural Ağayev isə bir müddət öncə həqiqi hərbi xidmətdən qayıdıb.…
Kənan 2008-2019-cu illərdə İntizam Rəhimov adına Qumlaq kənd orta məktəbində oxuyub…
Orta məktəbi bitirdikdən bir müddət sonra, 2020-ci ilin oktyabr ayında, İkinci Vətən Müharibəsi zamanı Əsgərliyə çağırılıb…
Xızı rayonu istiqamətində yerləşən “N” saylı hərbi hissədə qulluq edib…
2022-ci ilin aprelində Əsgərliyini başa vuraraq, evinə-ailəsinə dönüb…
2023-cü ilin qışından, fevral ayından isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb…
Hadrut istiqamətində yerləşən “N” saylı hərbi hissədə MAXE kimi fəaliyyət göstərməyə başlayıb…
Axırıncı dəfə Şəhidliyindən, 23 saatlıq antiterror əməliyyatından saatlar öncə, 19 sentyabr 2023-cü il tarixində, səhər saatlarında atası ilə danışıb…
Həmin gün axşam saatlarında isə Xocalı istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Şəhidliyi xəbəri ailəsinə ayın 20-də, günorta saat 3-4 radələrində verilib…
Ancaq nəşi bir gün sonra, ayın 21-də Ərmənət kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
Cəmi 21 yaşında Şəhidlik məqamına ucalan Kənan həm də subay olub.
Qeyd edək ki, Kənan Ağayevin bibisi nəvəsi Mirsədi Bağırlı Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindəndir.
Məkanları cənnətlik, Cənnətdəki doğum günləri mübarək olsun!
Nurlar içində yatsınlar!
Etikxeber.az





