Ailənin üç övladından biri, ali təhsilli, bir övladı Vətənə əmanət qalan, Şəhadətindən dörd il keçən Fərid Məmmədov, tək və subay övlad, ali-hərbi təhsilli, peşəkar hərbçi, Cənnətdəki ikinci doğum günü olan Şəhriyar Əlibəyli və 26 yaşının tamamından 8 gün sonra Şəhidlik zirvəsinə yüksələn Xəyal Balakişiyev-BU GÜN MƏZARLARI ZİYARƏT OLUNDU, ANIM TƏDBİRLƏRİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (2)

İkinci Vətən Müharibəsi Şəhidləri Fərid Vəlhəd oğlu Məmmədovla Xəyal Müseyib oğlu Balakişiyevin Şəhadətə ucalmalarının dördüncü ili və 2023-cü il Şəhidi Şəhriyar Ramiz oğlu Əlibəylinin Cənnətdəki ikinci doğum günü ilə bağlı bu gün, 25 oktyabr 2024-cü il tarixində-səhər saatlarında uyuduqları İkinci Şəhidlər Xiyabanındakı məzarları ziyarət olunub.

Hər üç Şəhidin məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

Hər üçünün də ruhlarına dualar olunub, məzarları başında “Quran” oxunub.

Hər üç Şəhidin valideynlərinə-ailə üzvlərinə Allahdan səbr və dözüm arzulanıb, eyni zamanda, əslən Qəbələli, Vəndamlı, evin-ailənin tək və subay övladı, ali hərbi təhsilli-peşəkar hərbçi, İkinci Vətən Müharibəsinin və digər əməliyyatların iştirakçısı olan, 2023-cü ilin mart ayının 5-də növbəti ermən təxribatı nəticəsində Şuşa istiqamətində Şəhidlik məqamına ucalan bir neçə medallı Şəhriyar Əlibəylinin Cənnətdəki ikinci doğum günü, yubiley-30 yaşı təbrik olunub.

Şəhidlərin məzarları önündə məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Etikxeber.az xəbər verir ki, Şəhidlərin məzarlarını ziyarətdən sonra İkinci Şəhidlər Xiyabanında yerləşən Mərasim evində Fərid Məmmədovun Şəhidliyinin dördüncü ili və Şəhriyar Əlibəylinin Cənnətdəki ikinci doğum günü ilə bağlı Anım mərasimi düzənlənib, Şəhidlərin adlarına çay-ehsan süfrəsi açılıb.

Bir daha Şəhidlərin ruhlarına dualar edilib.

Eyni zamanda, Şəhid Şəhriyar Əlibəyli ilə bağlı videoçarx nümayiş etdirilib.

Şəhidlərin məzarlarını ziyarətdə və Anım tədbirlərində ailə üzvləri, yaxınları, Şəhid ailələri, hərbçilər, Qazilər, Elşad Həsənov başda olmaqla, Yasamal rayon İcra Hakimiyyətinin və Abdin Fərzəliyev başda olmaqla, Abşeron rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri, din xadimləri, ziyalılar, müəllim və məktəblilər iştirak ediblər.

Qeyd edək ki, əslən Gürcüstanlı, Borcalı mahalılı, özü isə Abşeron rayonunun Xırdalan şəhərindən olan Fərid Məmmədov 1990-cı ilin aprel ayının 29-da dünyaya gəlib.

Ailənin üç oğlan övladından, üç qardaşdan biri və evin sonbeşiyi olub.

Ali təhsilli, peşəkar hərbi, Baş leytenant idi.

Fərid Məmmədov 2020-ci ilin 25 oktyabr tarixində Xocavənd istiqamətində Şəhidlik zirvəsinə yüksəlib və nəşi 26 oktyabrda İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhla adlı xanımla ailə həyat quran Fəridin orta məktəb şagirdi olan bir oğlan övladı Vətənə əmanət qalıb.

Bakının Yasamal rayonundan, evin üç övladından, iki qardaşdan biri və subay olan Xəyal Balakişiyev isə 1994-cü ilin 17 oktyabr tarixində dünyaya gəlib.

İkinci Vətən Müharibəsi zamanı səfərbərliyə cəlb olunub və 26 yaşının tamamından cəmi 8 gün sonra-25 oktyabr tarixində Füzuli istiqamətində Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra-26 oktyabr 2020-ci il tarixində Əbədiyyətə uğurlanıb.

Məqamları Uca, məkanları cənnətlik, ruhları şad olsun!

Ruhları qarşısında baş əyirik!

Nurlar içində yatsınlar!

***

FOTOLAR:

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Mayor, iki övladı Vətənə əmanət qalan-ELSEVƏR PAŞAYEVİN ANIM GÜNÜNDƏ ŞƏHİD İMAMƏLİ İBRAHİMOVUN ANASI TƏRƏFİNDƏN ŞƏHİDİN AİLƏSİNƏ XALÇA HƏDİYYƏ OLUNDU… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Aİ səfiri Azərbaycan XİN-ə çağırıldı-NOTA TƏQDİM OLUNDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir