Ailənin üç övladından biri, evin tək oğlu-KÜRDƏMİRLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ZİYA NURMƏMMƏDOVUN BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANDIĞI GÜNDÜR…

Kürdəmir rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ziya Zabil oğlu Nurməmmədovun Anım Günüdür.

Ziya Nurməmmədovun bu gün Əbədiyyətə uğurlanmasından 3 il ötür.

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Sığırlı kənd qəbiristanlığındakı məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq.

Sonra Şəhidin ailəsinin yaşadığı evdə Anım mərasimi keçiriləcək, adına ehsan süfrəsi açılacaq.

Etikxeber.az-ın xəbərinə görə, Ziya Nurməmmmədov 2001-ci ilin avqustun 29-da Kürdəmirin Sığırlı kəndində, sadə bir ailədə dünyaya gəlib.

İki bacının tək qardaşı, ailənin tək oğlan övladı olub.

Orta məktəbi bitirdikdən sonra Əsgərliyə yollanıb və Qazax rayonu istiqamətində hərbi hissələrdən birində hərbi xidmətdə olub.

İkinci Vətən Müharibəsi zamanı cəmi 3 ayın Əsgəri kimi döyüşlərdə iştirak edib.

Oktyabr ayının 13-də, müharibənin 17-ci günündə Füzuli istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq uzun müddət nəşini əldə etmək mümkün olmayıb və nəşi yalnız 1 ay 20 gündən sonra əldə edilib və dekabr ayının 3-də Sığırlıda torpağa tapşırılıb.

Ziya həm də Sığırlının 3 İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

O, həm də subay olub.

Məqamı Uca olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Daha bir Şəhid ailəsində toy-büsat, özəl-gözəl gündür-İSMAYILLI RAYONUNDAN OLAN ŞƏHİD-ƏFSANƏVİ XÜSUSİ TƏYİNATLI ELNUR SƏMƏDOVUN QARDAŞININ TOYUDUR…- FOTOLAR – YENİLƏNİB – (4)

Read Next

Bərdənin İkinci Vətən Müharibəsi Şəhidi, ailənin iki övladından biri, nəşi 61 gündən sonra Əbədiyyətə uğurlanan-SƏİD ƏDİLOVUN BU GÜN ANIM GÜNÜDÜR… – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir