Ailənin üç övladından biri, evin tək və subay oğlu, Xüsusi Təyinatlı, Antiterror Şəhidi-CEYHUN SADIQOVUN CƏNNƏTDƏKİ İLK DOĞUM GÜNÜNDƏ, 22 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ, ŞƏHİDİN VALİDEYNLƏRİNƏ “XARIBÜLBÜL” SİMVOLU TƏQDİM OLUNDU… – FOTOLAR – YENİLƏNİB – (1)

Əslən İmişli rayonunun Şahverdili kəndindən olan və 2002-ci ilin 26 avqust tarixində dünyaya gələn “Vətən uğrunda” medallı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Antiterror Şəhidi Ceyhun Niyaməddin oğlu Sadıqovun 22 yaşının tamam olması, Cənnətdəki ilk doğum günü ilə bağlı bu gün səhər saatlarında Əbədiyyətə uğurlandığı İkinci Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Ailənin üç övladından biri, evin tək oğlu, iki bacının tək və subay qardaşı, Xüsusi Təyinatlı Ceyhun Sadıqovun məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhuna dualar edilib, “Quran” oxunub.

23 saatlıq lokal xarakterli antiterror əməliyyatı zamanı, 2023-cü ilin 20 sentyabr tarixində Xankəndi istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalan və 21 sentyabr tarixində İkinci Şəhidlər Xiyabanında torpağa tapşırılan Ceyhun Sadıqlının məzarını təxminən iki saat çəkən ziyarət zamanı həmçinin, məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Etikxeber.az xəbər verir ki, Şəhidin məzarını ziyarətdən sonra Cənnətdəki ilk doğum günü ilə bağlı Bakı şəhərinin Qaraçuxur qəsəbəsində yerləşən “Turan” şadlıq sarayında məclis düzənlənib, adına ehsan süfrəsi açılıb.

Öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra çıxışlar edilib.

Çıxışlarda Şəhidin 21 illik qısa, lakin şərəfli həyat, ömür və döyüş yolundan bəhs olunub, ailəsinə-valideynlərinə və iki bacısına Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki ilk doğum günü, 22 yaşı təbrik olunub.

Eyni zamanda, məclisdə dini mahnılar, İlahilər, o cümlədən, Şəhidlərə həsr olunmuş musiqilər və şeirlər səsləndirilib, məktəblilər tərəfindən kompozisiya nümayiş etdirilib.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Raziyə Kamilqızı Şəhidə həsr etdiyini şeirini səsləndirib, eyni zamanda, Şəhidin adından yazdığı məktubu oxuyub.

Səninçün mən nə qədər dərd çəkirəm Ceyhun balam,

Heç ağlıma gəlməzdi ki, sənə qalım həsrət balam,

Həsrətindən sıxılıram, günü-gündən məhv oluram,

Yoxdur gücüm, yıxılıram, qalmayıbdır taqət balam,

İgid balam, Ceyhun balam, şəhid balam!

Bu gün sənin ad günündür

Yığışıbdır dostlar,tanışlar

Həm doğmalar, həm də yadlar.

Sənsiz keçən ad günün də, mübarəkdir

Ceyhun balam, şəhid balam!

Məclisdə həmçinin, “Odlar yurdu” qrupu və tanınmış iş adamı Mübariz Mənsimovun adından Şəhidin ailəsinə-valideynlərinə – anası Hüsniyyə xanıma və atası Niyaməddin Sadıqova “Xarıbülbül” simvolu təqdim olunub.

Simvolu Ceyhun Sadıqovun valideynlərinə Şəhid Anar Əliyevin qayını, “Odlar yurdu” qrupunun üzvü Vüsal Qarabağlı təqdim edib.

Şəhidin valideynləri də öz növbəsində “Odlar yurdu” qrupuna və iş adamı Mübariz Mənsimova minnətdarlıqlarını ifadə ediblər.

Məclisin sonunda xatirə fotoları çəkdirilib.

Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Cənnətdəki ilk doğum günü ilə bağlı məclisdə ailə üzvləri, doğmaları, Bakı, Beyləqan və İmişlidən olan Şəhid ailələri, Qazilər, hərbçilər, İmişli rayon və Sabunçu rayon İcra hakimiyyətlərinin məsul şəxsləri, media mənsubları, din xadimləri, məktəblilər və digər şəxslər iştirak ediblər.

***

FOTOLAR:

18:03

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Artıq bütün mənzərə həm bizə, həm də seçicilərə tamamilə aydındır…Qalır 1 sentyabrda son sözü demək…”-AZAY QULİYEV – FOTOLAR

Read Next

Ziyad Səmədzadə seçki kampaniyasını uğurla davam etdirir-TANINMIŞLAR HƏR GÜN SEÇKİ QƏRARGAHINA GƏLƏRƏK DEPUTATLIĞA NAMİZƏDƏ DƏSTƏKLƏRİNİ İFADƏ EDİRLƏR – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir