Ailənin üç övladından biri, iki bacının tək qardaşı, MAXE-ŞƏHİD SAHİL RƏSULOVUN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜ, 23 YAŞININ TAMAM OLMASI İLƏ BAĞLI MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (6)

Bu gün Goranboy rayonunun Səfikürd kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Sahil Sərvan oğlu Rəsulovun doğum günüdür.

Sahil Rəsulovun bu gün 23 yaşı tamam olur.

Bu, Şəhidin Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Sahil Rəsulov 1999-cu ilin 24 iyul tarixində sadə bir ailədə dünyaya gəlib.

O, ailənin 3 övladından biri, 2 bacının tək qardaşı olub.

Sahil Rəsulov MAXE kimi İkinci Vətən Müharibəsinin ilk günündən döyüşlərdə olub və oktyabr ayının 10-da qəhrəmancasına həlak olaraq, Şəhidlik məqamına ucalıb.

Nəşi isə 11 oktyabr tarixində Səfikürd kəndinin Şəhidlər məzarlığında dəfn edilib.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

O, həm də subay olub.

***

Cənnətdəki ikinci doğum günü ilə bağlı bu gün Şəhidin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Sonra Şəhidin ailəsinin yaşadığı evdə Cənnətdəki ikinci ad günü ilə bağlı məclis başlayıb, adına ehsan süfrəsi açılıb.

Məclisdə bir daha Şəhidin ruhuna dualar oxunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Eyni zamanda, Şəhidin Cənnətdəki ikinci doğum günü, 23 yaşı təbrik edilib.

Sonra Şəhidin doğum günü ilə bağlı tort kəsilib.

Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Cənnətdəki ad günü ilə bağlı mərasimdə Sahil Rəsulovun valideynləri, ailə üzvləri, yaxınları, Səfikürddən, Naftalandan, Goranboyun digər kəndlərindən, Mingəçevirdən olan Şəhid ailələri, Goranboy rayon İcra Hakimiyyətinin məsul şəxsləri və başqa şəxslər iştirak ediblər

Məqamı Uca, Cənnətdəki ikinci doğum günü mübarək olsun!

Nur içində yatsın!

11:40

***

FOTOLAR:

11:52

***

11:57

***

Mərasimdə Şəhidin anası Samirə Əmiraslan qızı Hüseynovaya Qubalı İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Miqdad Abduləlimovun anası Tünzalə Abduləlimovanın rəhbərlik etdiyi “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalı və vəsiqəsi təqdim olunub.

“Şəhid anası” medalı və vəsiqəsini Sahil Rəsulovun anasına təşkilatın təmsilçisi, jurnalist Kamil Həmzəoğlu təqdim edib.

Şəhidin anası da öz növbəsində “Vətən Naminə”yə və təşkilatın rəhbəri Tünzalə xanıma öz minnətdarlığını bildirib.

12:08

***

***

12:47

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

DİN VƏ TƏBİB Goranboydakı qəza ilə bağlı-MƏLUMAT YAYDILAR – YENİLƏNİB – (1)

Read Next

İlham Əliyev Qaraqalpaqstandakı hadisələrlə bağlı Özbəkistan Prezidentinə öz dəstəyini ifadə etdi, Azərbaycanın həmişə olduğu kimi, Özbəkistanın-YANINDA OLDUĞUNU BİLDİRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir