Ailənin üç övladından biri, subay, ali-hərbi təhsilli, Kapitan-BU GÜN CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜ, 40 YAŞI TAMAM OLAN FİZULİ ƏLİYEV… – FOTOLAR – YENİLƏNİB – (1)

Əslən Qubalı, özü isə Bakı şəhərindən olan Fizuli Vidadi oğlu Əliyev doğum günüdür.

Fizuli Əliyevin bu gün-27 yanvar 2025-ci il tarixində 40 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.

Cənnətdəki beşinci doğum günü ili ilə bağlı bu gün səhər saatlarında Şəhidin İkinci Şəhidlər Xiyabanında yerləşən məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Şəhidin ailəsinə, əzizlərinə, anası Fərasət xanıma Allahdan səbr və dözüm arzulanıb.

Cənnətdəki beşinci doğum günü təbrik olunub.

Məzarını ziyarətdən sonra Şəhidin adına verilmiş evdə məclis düzənlənib, ehsan verilib, bir daha ruhuna dualar oxunub.

Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, yaxınları, Şəhid ailələri və digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Fizuli Əliyev 1985-ci ilin 27 yanvar tarixində Bakı şəhərində-ziyalı ailəsində dünyaya gəlib.

Ailənin üç övladından, iki qardaşdan biri və evin ortancıl oğlu olub.

Orta təhsilini səkkizinci sinfə qədər alan Fizuli Əliyev sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseydə oxuyub.

Hərbi Liseyi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə oxuyub, ali- hərbi təhsilə yiyələnib.

Ali təhsilini başa vurduqdan sonra Leytenant hərbi rütbəsində fəaliyyətə başlayıb və Kapitan hərbi rütbəsinə qədər yüksəlib.

Uzun müddət Murovdağda xidmət edib, sonra “N” saylı hərbi hissənin “Həmlə” Taborunun Qərargah rəisi olaraq xidmətini davam etdirib.

Aprel döyüşlərinin iştirakçılarından olub.

İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də döyüşlərə atılıb.

Axırıncı dəfə ailəsi ilə sentyabrın 26-da görüşüb və axırıncı dəfə ailə üzvləri ilə oktyabrın 6-da danışıb.

Sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

8 oktyabr tarixində isə Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşini bir ay 20 gündən sonra əldə etmək mümkün olub və noyabr ayının 28-də İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

İstər Şəhidliyindən əvvəl, istərsə də Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

35 yaşında Şəhidlik məqamına ucalan Fizuli Əliyev həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Azərbaycan öz təcrübəsindən çıxış edərək dünya səviyyəsində də dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynayır…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTO

Read Next

70 yaşın müdrikliyi…-KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir