Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Qəbələ rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Adəm İkram oğlu Heydərovun Anım Günüdür.
Adəm Heydərovun bu gün Əbədiyyətə uğurlanmasından 3 il ötür.
Etikxeber.az xəbər verir ki, Adəm Heydərov 2000-ci ilin martın 26-da Qəbələ rayonunun Bum kəndində dünyaya gəlib.
Ailədə 3 övlad-bir bacı, iki qardaş olublar.
Adəm evin-ailənin sonbeşiyi, qardaş və bacısı ilə arasında 7-8 yaş fərqi olub.
Orta məktəbi bitirdikdən bir müddət sonra hərbi xidmətə yollanıb və Əsgərliyini başa vuraraq, yenidən ailəsinə dönüb.
İkinci Vətən Müharibəsi zamanı isə səfərbərliyə cəlb olunub.
Sentyabrın 29-dan oktyabrın 13-cən Tərtər-Ağdərə istiqamətində qanlı döyüşlərdə iştirak edib və oktyabrın 13-də Ağdərə istiqamətində ağır döyüşlərdən birində Şəhidlik məqamına ucalıb.
Ancaq nəşi 35 gündən sonra əldə edilib və noyabr ayının 17-də doğulub boya-başa çatdığı Bum kəndinin qəbiristanlığında torpağa tapşırılıb.
Adəm həm də Bumun iki İkinci Vətən Müharibəsi Şəhidindən biridir.
O, eyni zamanda, İkinci Qarabağ Savaşında qəhrəmancasına Şəhid olan üç Adəmdən biridir.
Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Ancaq ailəsi, valideynləri övladlarının həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.
Ötən ilin noyabr ayının 17-də, Əbədiyyətə uğurlanmasının ikinci ilində-Anım Günündə isə ailəsinin şəxsi vəsaiti hesabına başa gəlmiş və adını daşıyan “Şəhidlər parkı”nın izdihamı açılışı mərasimi keçirilib.
Adəm həm də subay olub.
Məkanı cənnətlik, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirəm!
Nur içində uyusun!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





