Ailənin üç övladından biri, subay və Xüsusi Təyinatlı idi…2022-ci ildə “Qisas” əməliyyatı zamanı Şəhadətə qovuşdu, Qarazadələr nəslinin beşinci Şəhidi oldu-ŞƏHADƏTİNDƏN 4 İL KEÇƏN NİCAT QARAZADƏ – FOTOLAR

Əslən Biləsuvar rayonunun İsmətli kəndindən, özü isə Abşerondan, Ceyranbatandan olan “Qisas” əməliyyatı Şəhidi Nicat Malik oğlu Qarazadənin Şəhadət günüdür.

Bu gün-13 sentyabr 2026-cı il tarixində Nicat Qarazadənin Şəhadətindən 4 il keçir.

Etikxeber.az xəbər verir ki, əslən Biləsuvar rayonunun İsmətli kəndindən olan Nicat Qarazadə 2002-ci ilin oktyabr ayının 24-də Abşeron rayonunun Ceyranbatan qəsəbəsində dünyaya gəlib…

Ailənin üç övladından, iki qardaşdan biri və evin böyük oğlu olub…

Tək bacısı hazırda ailəlidir, övladına da qardaşının-Nicatın adını qoyub…

Nicat 2008-2019-cu illərdə Ceyranbatanda yerləşən 2 saylı orta tam məktəbdə oxuyub…

Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…

Xüsusi Təyinatlı Qüvvələrin Əsgəri olub…

Əsgərliyini bitirər-bitirməz taleyini Ordu, hərb ilə bağlayıb, Xüsusi Təyintlı Qüvvələrdə (XTQ) işləməyə, fəaliyyət göstərməyə başlayıb…

 “Qisas” əməliyyatı zamanı, 2022-ci ilin sentyabr ayının 12-dən 13-nə keçən gecə isə Kəlbəcər istiqamətində qanlı döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Ancaq nəşi 17 sentyabr tarixində Hərbi Memorial Məzarlıqda Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra “Vətən uğrunda” medalına və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb…

Hazırda adını daşıyan küçə var…

Valideynləri isə oxuduğu məktəbə övladlarının adının verilməsini istəyir…

20 yaşında Şəhadətə ucalan Nicat həm də subay olub…

Ümumiyyətlə, Nicat daxil olmaqla, Qarazadələr ailəsinin beş Şəhidi var…

İkisi Birinci Qarabağ Savaşı Şəhidi, biri İkinci Vətən Müharibəsi Şəhidi (Elşən Müslümov), birisi isə doğmaca bibisi oğlu, 2016-cı il Aprel döyüşlərinin Şəhidi Elmidar Səfərovdur.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Test-antiTestçilər…Kimlər qalib, kimlər məğlub oldu? Yeni qəhrəman obrazı yaratmaq kimlərə sərfəlidir?-KAMİL HƏMZƏOĞLU YAZIR

Read Next

Ailənin yeganə övladı, peşəkar hərbçi, Xüsusi Təyinatlı, Giziriydi…Aprel döyüşləri və İkinci Vətən Müharibəsində iştirak etmişdi…”Qisas” əməliyyatında isə Şəhid oldu, iki övladı Vətənə əmanət qaldı – İki qardaşdan biri, subay, XTQ-nin Əsgəri idi…2022-ci ilin 13 sentyabrında da Kəlbəcərdə Şəhadətə qovuşdu-BU GÜN ŞƏHADƏTLƏRİNİN DÖRDÜNCÜ İLİ TAMAM OLAN NƏZƏR ƏZİZOV VƏ AMİN QƏFƏRLİ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir