Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ağdaş rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Anar İsrəfil oğlu İsrəfilovun doğum günüdür.
Anar İsrəfilovun bu gün 34 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün Şəhidin məzarı ziyarət olunacaq, məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, “Quran” oxunacaq.
Çıxışlar olunacaq, məktəblilər tərəfindən şeirlər səsləndiriləcək.
Məzarını ziyarətdən sonra mərasim keçiriləcək, adına ehsan veriləcək, bir daha ruhuna dualar olunacaq.
Etikxeber.az xəbər verir ki, Anar İsrəfilov 1990-cı ilin yanvar ayının 4-də Ağdaş rayonunun Ləki kəndində-sadə bir ailədə dünyaya gəlib.
Ailənin üç övladından, iki qardaşdan biri olub.
Ləki kəndində orta təhsilini bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb və Əsgərliyini başa vurdiqdan sonra isə yenidən ailəsinə, evinə dönüb.
Müxtəlif sahələrdə, təhlükəsizlik xidmətlərində çalışıb.
O, həm də idmançı olub.
Ailə həyatı qurub, əvvəlcə iki övladı-Amili və Xədicəsi, Şəhidliyindən 15 gün sonra, İkinci Vətən Müharibəsi başa çatan gün isə adını daşıyan sonuncu-üzünü görmədiyi Anarı-Anar Anar oğlu İsrafilov dünyaya gəlib.
İkinci Vətən Müharibəsinə, Vətənin müdafiəsinə də özü könüllü atılıb, oktyabrın 5-dən 25-cən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı istiqamətlərində vuruşub və oktyabrın 25-də Füzuli rayonunda qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi bir gün sonra, oktyabrın 26-da Ləki kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra dörd medalla-“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 34 yaşı mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





