Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Gəncə şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Hacı Rauf Vaqif oğlu Əsgərovun Anım Günüdür.
Onun Əbədiyyətə uğurlanmasından üç il ötür.
Etikxeber.az xəbər verir ki, ailənin üç oğlan övladından biri olan Hacı Rauf 2 noyabr 1978-ci il tarixində Gəncə şəhərində, ziyalı ailəsində dünyaya gəlib.
1995-ci ildə 44 nömrəli məktəb-liseydə tam orta təhsilini başa vurub.
1995-1999-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında (indiki ADAU) “Kənd təsərrüfatının elektrikləşdirilməsi və avtomatlaşdırılması” ixtisası üzrə təhsil alıb.
2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılıb, Naxçıvan Muxtar Respublikasındakı “N” saylı hərbi hissədə zabit-Leytenant kimi xidməti borcunu yerinə yetirib.

Bir müddət “AzərGold” QSC-də çalışıb.
İkinci Vətən Müharibəsi zamanı işini-vəzifəsini isə bir kənara qoyaraq, könüllü şəkildə Vətəninin müdafiəsinə yollanıb.
Oktyabrın 6-dan Şəhidliyinə, oktyabrın 26-na qədər şərəfli döyüş yolu keçib və Füzuli istiqamətində gedən döyüşlərdə-42 yaşında qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi 28 oktyabr tarixində Gəncə şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra medallarla və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.
Ailəli olub, üç övladı Vətənə əmanət qalıb.
Məkanı cənnətlik, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





