Ailənin üç övladından biri, Xüsusi Təyinatlı, “Azərbaycan Bayrağı” ordenli-GÖYÇAYLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELNUR ƏLİYEVİN BU GÜN ANIM GÜNÜDÜR…

Göyçay rayonundan olan İkinci Vətən Müharibəsi Şəhidi, Xüsusi Təyinatlı Elnur Ərəstun oğlu Əliyevin bu gün Əbədiyyətə uğurlanmasından üç il ötür.

Bu gün Onun Anım Günüdür.

Anım Günü ilə bağlı bu gün Şəhidin məzarı ziyarət olunacaq, sonra Anım mərasimi düzənlənəcək, adına ehsan veriləcək.

Etikxeber.az xəbər verir ki, Elnur Əliyev 2000-ci ilin fevral ayının 10-da Göyçay şəhərində ziyalı ailəsində dünyaya gəlib…

Anası-Qəbələli Tahirə xanım ali təhsilli, atası-Göyçaylı Ərəstun Əliyev texnikum təhsillidir…

Ailənin üç övladından biri, iki bacının tək qardaşı, evin tək oğlu olub…

Hər iki bacısı hazırda ailəli, iki övlad anasıdır…

Orta məktəbi-Göyçay rayon Nizami adına 7 nömrəli məktəbi bitirdikdən sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub…

Sonra arzusunu gerçəkləşdirib, həyatını Ordu, hərb ilə bağlayıb, əvvəlcə MAXE-Kiçik çavuş, 2020-ci ilin iyunundan isə Xüsusi Təyinatlı kimi fəaliyyətə başlayıb…

İkinci Vətən Müharibəsinin ilk günündən Vətənin müdafiəsinə atılıb, şərəfli döyüş yolu 9 gün çəkib…

Və oktyabrın 5-də Cəbrayıl istiqamətində qanlı döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Şəhidliyi xəbəri bir gün sonra-noyabrın 6-da ailəsinə verilib…

Ancaq nəşi 13 gündən sonra əldə edilib və oktyabrın 19-da Göyçay rayon Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra medalla və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub…

20 yaşında Şəhid olan Elnur Əliyev həm də subay idi…

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Milli Məclis Niderland Parlamentinin qərəzli sənədlərini-QINADI

Read Next

Qanunsuz erməni silahlılarının təyyarələrə maneələr tətbiq etdiyi radioelektron mübarizə kompleksləri aşkarlandı-DTX – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir