Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün-29 avqust 2024-cü il tarixində, axşam saatlarında daha bir Nur üzlü, Qəhrəmanlıq dastanı yazan Şəhidimizin ocağını ziyarət etdik…
Daha bir Şəhidimizin ailəsində olduq…
Daha bir Antiterror Şəhidinin-Abşeron rayonunun Ceyranbatan qəsəbəsindən olan Ramil Sücəddin oğlu Rəhimovun ailəsinə, valideynlərinə baş çəkdik…
Şəhidimizin ailəsini, ocağını ziyarətdə mənimlə birgə ictimai fəal, hər zaman Şəhid ailələrinin yanında olan Arzu Əliyeva və Azərbaycan Yazıçılar Birliyinin (AJB) üzvü, şairə Raziyə Kamilqızı iştirak edirdi…
Öncə Şəhidimizin ailəsinə, valideynləri-anası Gülhava xanıma və atası Sücədddin Rəhimova Allahdan səbr və dözüm dilədik…
“Şəhidimizin ruhu şad olsun! Ruhu qarşısında baş əyirik!”-dedik…
Ramil Rəhimov da daxil olmaqla, cəmi Şəhidlərimizə və onları böyüdən, bu Vətən üçün yetişdirən, Şəhidini Uca tutan valideynlərə borclu olduğumuzu söylədik…
Bir saatdan çox çəkən ziyarətimiz zamanı Şəhidimizin ailə üzvləri, valideynləri ilə dərdləşdik, söhbətləşdik, Ramil Rəhimovun 31 illik qısa, lakin şərəfli həyat, ömür, hərb və döyüş yoluna birlikdə nəzər saldıq…
Duyğulandıq, kədərləndiik, təsirləndik…
***
Onu da qeyd edək ki, əslən Ağstafalı, Göycəli kəndindən olan Ramil Rəhimov 1992-ci ilin yanvarın ayının 1-də, Yeni ilin ilk günündə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində, sadə bir ailədə dünyaya gəlib…
Ailənin üç övladından, iki qardaşdan biri və evin sonbeşiyi olub…
Hazırda ali təhsilli bacısı və ali təhsilli qardaşı ailəlidir…
1998-2007-ci illərdə Ceyranbatan qəsəbəsində yerləşən 1 saylı orta məktəbdə 9 illik təhsil alıb…
2007-2011-ci illərdə isə Bakı Dövlət Sosial İqtisad Kollecində oxuyub…
Kolleci bitirdikdən sonra, 2011-ci ilin yayında həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb…
2013-cü ilin yanvar ayının 1-də, 21 yaşının tamamında Əsgərliyini başa vuraraq, yenidən evinə-ailəsinə dönüb…
Bir neçə il sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb…
Əvvəlcə Sərhəd Qoşunlarında fəaliyyət göstərib…
Sonra-2022-ci ildən isə Müdafiə Nazirliyinin Quru Qoşunlarında Gizir kimi fəaliyyət göstərib…
Və 2023-cü ilin 19-20 sentyabr tarixində 23 saatlıq lokal xarakterli antiterror əməliyyatı zamanı Ağdərə istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Sentyabrın 20-də Şəhid olan Ramilin nəşi 23 sentyabr tarixində İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…
Ramil həm də ailəli olub..
Ali təhsilli əmisi qızı Türkanə ilə ailə həyatı qurub.
İlk övladı Dəniz 2020-ci ilin sentyabr ayının 18-də dünyaya gəlib…
Yağmur adını verdiyi ikinci qızı isə Şəhidliyindən 3 ay 12 gün sonra, onunla eyni gündə-1 yanvar tarixində dünyaya göz açıb…
2024-cü ilin yanvar ayının 1-də dünyaya gələn balaca-8 aylıq Yağmur ata üzünü görməyib…
Ata balaya, bala ataya həsrət qalıb.
Məqamı Uca, dərgahı mübarək olsun, Şəhidimizin!
Nur içində uyusun, Nur üzlümüz!
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az