Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Şəhid Milli Qəhrəman Eldar Xəlil oğlu Xəliovun doğum günüdür.
Bu gün-19 avqust 2026-cı il tarixində Eldar Xəlilovun 50 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki 32-ci doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Eldar Xəlilov 1976-cı ilin avqust ayının 19-da indiki Ermənistanın-Qərbi Azərbaycanın Masis rayonunun Zəngilər kəndində, sadə bir ailədə dünyaya gəlib…
Ailənin üç övladından, iki qardaşdan biri, evin sonbeşiyi olub…
12 yaşına kimi doğma yurdlarında yaşayıb, məktəbə gedib…
1988-ci ildə erməni cinayətkarları və erməni separatçıları tərəfindən ortaya atılan Qarabağ fitnəkarlığı ilə bağlı dədə-baba yurdlarından digərgin salınıblar…
Erməni qaniçənləri tərəfindən evləri gözləri qarşısında od vurulub yandırılıb…
Əvvəlcə anaları Tərlan xanımın yurduna-Naxçıvan Muxtar Respublikasına (NMR), sonra isə Bakı şəhərinə, indiki Bakıxanov qəsəbəsinə pənah gətiriblər…
Bakıxanov qəsəbəsində yerləşən 252 və 96 saylı orta məktəblərdə təhsilini davam etdirib…
18 yaşının tamamından sonra, 1994-cü ilin payızında həqiqi hərbi xidmətə yollanıb, Prezident Qvardiyasında-Milli Qvardiyada xidmət keçib…
1995-ci ilin mart ayında isə məlum dövlət çevrilişinə cəhdin qarşısının alınmasında Şəhidlik məqamına ucalıb…
Cəmi Eldar Xəlilov İkinci Fəxri Xiyabanda Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən az sonra, 1995-ci ilin aprelində mərhum dövlət başçısı Heydər Əliyevin Sərəncamı ilə Milli Qəhrəman fəxri adına layiq görülüb…
Bakıxanov və Zabrat qəsəbələrində adına küçə verilib…
Eldar həm də subay olub…



Qeyd edək ki, Eldarın böyük qardaşı, cəmi 42 yaşlı, iki oğlan atası Heydər Xəlilov və ataları, 66 yaşlı Xəlil Xəlilov 2016-cı ilin qışında avtoqəza nəticəsində-faciləli şəkildə dünyalarını dəyişiblər…
İkisinin də nəşi Bakıxanov qəsəbə qəbiristanlığında dəfn olunub.
Eyni zamanda qeyd edək ki, Eldar Xəlilovun anası Tərlan Xəlilova Bakıxanovda yerləşən 271 saylı tam orta məktəbə övladının verilməsini istəyir.
Məkanı cənnətlik, Cənnətdəki doğum günü-50 yaşı mübarək olsun!
Nur içində yatsın!
Etikxeber.az





