Ailənin yeganə oğlu, iki bacının tək qardaşı…Doğulduğu gündə qəhrəmancasına həlak olan-ŞƏHİD ELVİN HƏSƏNOV… – FOTOLAR

Elvin Əlizadə oğlu Həsənov…

Ağdaş rayonunun Mürsəl kəndindən olan 1994-cü il-7 noyabr doğumlu Vətən sevdalısı…

Ailənin 3 övladından biri, iki bacının tək qardaşı…

Bacılarından biri-Ruhiyyə xanım ailəli (Yevlax rayonunda yaşayır), biri-Dilşad isə subaydır, həm də illərdir səhhətində ciddi problemlər var…

Atası Əlizadə kişi illər öncə, Elvinin 17 yaşı olarkən dünyasını dəyişib…

İkinci Vətən Müharibəsi başlayana kimi Elvin yaşlı anası Əntiqə xanım və bacısı Dilşad ilə birlikdə, bir daxma altında yaşayıb…

Elvin orta məktəbi qurtardıqdan sonra, 2013-2014-cü illərdə hərbi xidmətdə, Vətənin keşiyində olub…

Əsgərlikdən sonra evinə, ailəsinə dönüb, müxtəlif işlərdə çalışıb…

İkinci Vətən Müharibəsi başlayandan 2 gün sonra isə könüllü kimi döyüş bölgəsinə yollanıb, göndərilib…

Müharibə zamanı cəmi 3 dəfə ailəsi, anası ilə əlaqə saxlayıb, axırıncı dəfə də oktyabrın 12-sində anası ilə danışıb…

Ondan sonra Elvindən xəbər almaq mümkün olmayıb…Və bir gün, noyabrın 7-sində Şəhidliyi xəbəri ailəsinə çatdırılıb…

Dünyaya gəldiyi gündə, 26 yaşının tamam olduğu 7 noyabr 2020-ci il tarixində Şəhid olduğu məlum olub…

Füzuli və Laçın istiqamətlərində döyüşlərdə iştirak edən Elvin ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Noyabrın 8-ində isə doğulduğu Mürsəl kəndində torpağa tapşırılıb…

Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub…

Məkanı cənnətlik olsun, Nur içində yatsın!

***

Ancaq çox təəssüflər olsun ki, ötən müddət ərzində Şəhidin ailəsi-yaşlı anası və səhhətində problemləri olan bacısı ilə (YAŞAT istisna olmaqla) düz-əməlli maraqlanan olmayıb…

Ağdaş rayon rəhbərliyindən heç bir səlahiyyət sahibi bugünədək Şəhid ailəsinin dərd-səri ilə maraqlanmayıb…

Şəhid ailəsinin yaşayışı, dolanışığı isə ağır vəziyyətdədir…

Şəhid anası Əntiqə xanım da belə münasibətdən narazı qaldığını, onların dəstəyə ehtiyacı olduğunu bildirib…

Bəli, Şəhid ailəsinin-yaşlı ananın və səhhətində problemləri olan bacının dəstəyə, köməyə ehtiyacı var… Və onların bu ehtiyacı ödənilməlidir, onlara gərəkən dəstək və köməklik edilməlidir…

Bu, həm Şəhidin Haqqıdır, həm də tək oğlan övladını, evin yeganə başıpapaqlısını Vətən yolunda Şəhid vermiş Şəhid ailəsinin…

Və inanmaq və ümid etmək istərdik ki, gec də olsa, Şəhid ailəsinə dəstək veriləcək, onlara sahib çıxılacaq…

Həm Şəhidin ruhu sevindiriləcək, həmçinin Şəhid ailəsinin az da olsa, üzü güldürüləcək, sevindiriləcək!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

SHXÇDX-nin sabiq idarə rəisi rüşvət almaqda şübhəli bilinərək-SAXLANILDI

Read Next

İnnovasiyalara, texnoloji mübadilələrə və iqtisadi əməkdaşlığa əsaslanan tərəfdaşlıq…-FUAD HEYDƏR YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir