Ailənin 3 oğlan övladından, 3 hərbçi qardaşdan biri, Qəhrəmanlar ailəsinin övladı, İkinci Vətən Müharibəsinin iştirakçısı, 4 medallı, əfsanəvi Xüsusi Təyinatlı-12 sentyabr Şəhidi Yusif Qurbanov VƏ ALİ TƏHSİLLİ, LEYTENANT, AİLƏNİN 3 ÖVLADINDAN BİRİ, SUBAY-12 SEBTYABR ŞƏHİDİ ÖMƏR ŞİRİNOV… – FOTOLAR – YENİLƏNİB

Bu gün, 23 sentyabr tarixində, günorta saatlarında daha iki Şəhid ailəsində olduq…

Daha iki Şəhidimizin ailəsini, ocağını ziyarət etdik…

Goranboyun 2022-ci il sentyabr Şəhidlərindən olan-Azərbaycan Ordusunun hərbçisi, Xüsusi Təyinatlı, Gizir Yusif Asif Qurbanov və Ömər Muğan oğlu Şirinovun ailələri ilə bir araya gəldik…

Ziyarətdə Goranboylu Şəhid bacıları və Qazilər iştirak edirdilər…

Öncə 1998-ci ilin noyabr ayının 12-də Şəfəq kəndində dünyaya gələn, ailənin 3 oğlan övladından, 3 hərbçi qardaşdan biri olan Yusif Qurbanovun ailəsinə, valideynlərinə baş çəkdik, onlara bir daha başsağlığı verdik, bir daha Allahdan səbr və dözüm arzuladıq, bir daha “Şəhidimiz məqamı Uca olsun!”-dedik…

Bir daha müqəddəs ruhu qarşısında baş əydiyimizi bildirdik, onun və cəmi Şəhidlərin borcundan heç vaxt çıxa bilməyəcəyimizi dilə gətirdik…

Qeyd edək ki, Yusif də, qardaşları Qüdrətlə Nüsrət də hərbçidirlər…

Yusiflə Nüsrət həm də İkinci Vətən Müharibəsinin iştirakçısı olublar…

Müharibədən sonra, tarixi Zəfərdən sonra Yusif 4 medalla, Nüsrət isə bir medalla təltif olunub…

Yusif həm də Şəhidliyindən öncə Müdafiə nazirinin əmri ilə bir medalla təltif olunub…

Əfsanəvi Xüsusi Təyinatlı Yusif İkinci Vətən Müharibəsində 4 dəfə yaralanıb, ancaq inadından, əzmindən geri dönməyib, axıracan müharibədə, döyüşlərdə iştirak edib, düşmənə qan uddurub…

2021-ci ilin yayında atasının xalası nəvəsi, hazırda 18 yaşı olan Tərtərli Məlahət xanımla nişanlanıb, bu ilin noyabr ayında da kəbin kəsdirəcəklərmiş…

Sonra isə toyu olacaqmış…

Amma…

12 sentyabr döyüşləri, namərd və alçaq düşmənin-ermənilərin növbəti təxribatı Yusifin həyatını yarıda qoyub…

Arzuları da, xəyalları da yarımçıq qalıb…

Kəlbəcər istiqamətində ağır yaralanan Yusif həkimlərin səylərinə baxmayaraq, hospitalda Əbədiyyətə qovuşub, Şəhidlik məqamına ucalıb…

Nəşi sentyabrın 18-də izdihamlı şəkildə Şəfəq kənd qəbiristanlığında dəfn edilib, Əbədiyyətə uğurlanıb…

Şəhidimizin atası Asif kişi və iki Qəhrəman qardaşı ilə söhbətləşdik, dərdləşdik…

Nə qədər çətin də olsa, onlara təsəlli verməyə çalışdıq…

Əsl Qəhrəmanlar ailəsi, əsl Vətən sevdalıları, əsl Vətən fədailəri…

Qarşılarında baş əyirik!

***

Sonra Aşağı Ağcakəndli Şəhid, ailənin 3 oğlan övladından olan, ali təhsilli, Leytenant Ömər Muğan oğlu Şirinovun ailəsini, yaxınlarını ziyarət etdik…

Onlarla da bir saata yaxın söhbətləşdik, dərdləşdik…

Onlara da Böyük Yaradandan səbr və dözüm dilədik, “Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedik…

Ailənin böyük övladı olan Ömər sentyabr ayında dünyaya gəlib, sentyabrda da Şəhidlik məqamına ucalıb…

1999-cu ilin sentyabrın 20-də anadan olan Ömər 2022-ci ilin 12 sentyabr tarixində Laçın istiqamətində döyüşlərdə Şəhid olub…

Nəşi Zeyvə kəndinin qəbiristanlığında dəfn olunub…

Şəhidliyinin üçü günü isə Ömərin 23 yaşı tamam olub…

Ömər həm də ali təhsilli olub…

Amma həyatını Ordu, hərb ilə bağlayıb…

Leytenant kimi Azərbaycan Ordusunda yenicə fəaliyyətə başlayıbmış…

Amma…

O, həm də subay olub…

Allah bir daha hər iki Şəhidimizin-həm Yusifin, həm də Ömərin məkanını cənnətlik, dərgahını mübarək etsin!

Hər ikisi də Nur içində uyusun!

Böyük Yaradan Dərdli, Yaralı ailələrinə bir daha və bir daha səbr və dözüm versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Goranboy-Borsunlu Şəhidi… Babasının adını daşıyan, 28 yaşı tamam, Cənnətdəki ikinci doğum günü olan-MAXE CAHANGİR MƏMMƏD OĞLU QURBANOV… – FOTOLAR – YENİLƏNİB – (4)

Read Next

Daha 214 yeni yoluxma-DAHA 2 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir