Ailənin 3 övladından biri, 2 övlad atası Şəhid Elmaz Hacıyevin Cənnətdəki ikinci doğum günü: BU GÜN ONUN 28 YAŞI TAMAM OLDU, MƏRASİM DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (4)

Bu gün, 9 may tarixində Şamaxının, həm də Bakının Xəzər rayonunun Binə qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elmaz Elmar oğlu Hacıyevin doğum günüdür.

Elmaz Hacıyevin bu gün 28 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki ikinci doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Elmaz Hacıyev 1994-cü ilin may ayının 9-da Şamaxı rayonunun  İkinci Çaylı kəndində olub.

Sonra ailəsi ilə birlikdə Bakının Binə qəsəbəsinə köçərək, orada yaşayıblar.

Ailədə 3 qardaş olublar.

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.

Hərbi xidmətini başa vurduqdan sonra yenidən evinə, ailəsinə dönüb, müxtəlif sahələrdə çalışıb, bir neçə il öncə isə ailə həyatı qurub.

İki övladı-atasının adını verdiyi Elmarı və Yağmur adlı qız övladı dünyaya gəlib.

İkinci Vətən Müharibəsi başlayandan bir neçə gün sonra Elmaz da Azərbaycan torpaqlarının müdafiəsinə, döyüşlərə yollanıb.

Bir ay çəkən döyüş yolu isə uzun olub, Laçınacan şərəfli döyüş yolu keçib.

Və bir ayının tamamında, noyabrın 4-də Laçın uğurunda döyüşlərdə əvvəlcə ayağından, sonra isə yaralı döyüş yoldaşına kömək edərkən başından yaralanıb və qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Lakin nəşini uzun müddət götürmək mümkün olmayıb.

Yalınız 27 gündən sonra, dekabrın 1-də nəşini əldə etmək mümkün olub və bir gün sonra, dekabrın 2-də Binə qəsəbəsindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb.

Ölümündən sonra medallarla təltif olunub.

08:45

***

Cənnətdəki ikinci doğum günü ilə bağlı bu gün Şəhidin Binə Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Ziyarətdən sonra, axşam saatlarına yaxın, saat 17:00-da isə Binədə yerləşən “Arzu” şadlıq sarayında Şəhidin Cənnətəki ikinci doğum günü ilə bağlı mərasim başlayıb, adına ehsan süfrəsi açılıb.

Mərasimə Şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı Bakı, Sumqayıt, Şamaxı, Bərdə və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri və başqa şəxslər qatılıblar.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Eyni zamanda, bir daha Şəhidin ruhuna dualar oxunub, dini mahnılar, İlahilər ifa olunub, çıxışlar edilib.

Şəhidin ailəsinə bir daha başsağlığı verilib, bir daha onlara Allahdan səbr arzulanıb, bir daha Şəhidin Cənnətdəki ikinci ad günü təbrik olunub.

Məkanı cənnətlik, məqamı Uca, Cənnətdəki ikinci ad günü, 28 yaşı mübarək olsun!

Nur içində yatsın!

17:30

***

FOTOLAR:

17:45

***

18:20

***

19:20

***

ANALAR YANAR, AĞLAR…

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

2 yeni-YOLUXMA

Read Next

İlham Əliyev Heydər Əliyevlə bağlı-PAYLAŞIM ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir