Ailənin 3 övladından biri, 5 medallı-ŞƏHİD TALEH YUSİFOVUN CƏNNƏTDƏKİ İLK AD GÜNÜNDƏ-27 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB

Bu gün, 18 noyabr tarixi İkinci Vətən Müharibəsi Şəhidi Taleh Gündüz oğlu Yusifovun ad günüdür.

Bu gün Onun 27 yaşı tamanm olur və bu, Taleh Yusifovun Cənnətdəki ilk doğum günüdür.

Etikxeber.az xəbər verir ki, Taleh Yusifov 1994-cü ilin noyabrın 18-də Samux rayonunun Ziyadlı kəndində sadə bir ailədə anadan olub.

Ailədə 3 uşaq olublar…

Taleh evin kiçik övladı olub…

İkinci Vətən Müharibəsi başlayan ilk gündən də döyüşlərə atılıb…

Döyüş yolu da uzun və şərəfli olub…

Murov, Füzuli, Zəngilan, Cəbrayılı, Qubadlı Laçın istiqamətlərində döyüşüb, vuruşub, qəhrəmanlıqlar göstərib…

Ailəsi ilə də axırıncı dəfə noyabrın 3-də danışıb…

Ondan sonra Talehdən xəbər almaq mümkün olmayıb…

Taleh Lacın uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb…

Şəhidliyi noyabrın 26-da təsdiqlənib və nəşi ailəsinə təhvil verilib…

Və bir gün sonra, noyabrın 27-də doğulub boya-başa çatdığı Ziyadlı kəndində dəfn olunub, Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra İgidliyinə, Qəhrəmanlığına görə, Ali Baş Komandan tərəfindən 5 medalla-“Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub…

Haqqıdır, Haqq etdiyini də qanı, canı bahasına qazanıb…

Taleh həm də subay olub.

***

Cənnətdəki ilk doğum günü, mövludu ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunacaq…

Ziyarət zamanı məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək.

Ziyarətdə Şəhidin ailə üzvləri, kənd sakinləri, digər bölgələrdən olan Şəhid ailələri və digər şəxslər iştirak edəcəklər.

Ziyarətdən sonra Şəhidin yaşadığı evdə mərasim keçiriləcək.

Məqamı Uca, məkanı cənnətlik olsun, məzarı Nurla dolsun!

Cənnətdəki ilk mövludu, ilk ad günü mübarək olsun!

Allah ailəsinə, əzizlərinə səbr versin!

00:00

***

Cənnətdəki il doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunub.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, kənd sakinləri, din xadimləri, Samux və digər bölgələrdən olan Şəhid ailələri iştirak ediblər.

Ziyarət zamanı Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Bir saatdan çox davam edən ziyarətdən sonra Şəhidin yaşadığı evdə Cənnətdəki ilk doğum günü ilə bağlı mərasim başlayıb.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasimdə İlahilər, dini mahnılar, Şəhidlərə həsr olunmuş mahnılar səsləndirilib, ifa edilib.

Mərasimdə eyni zamanda, Şəhidin adına ehsan süfrəsi açılıb.

Ruhuna bir daha dualar edilib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ailənin tək və subay oğlu, ali təhsilli, 3 medallı, ayağında hələ də 3 qəlpə qalan Vətən sevdalısı-QAZİ CAVİD AŞİROV…-FOTOLAR

Read Next

Yağış yağacaq, külək əsəcək-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir