Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Xaçmaz rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən, ailənin 3 oğlan övladından biri Elvin Elçin oğlu Məlikməmmədovun yubiley doğum günüdür.
E. Məlikməmmədovun bu gün 20 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki ikinci ad günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, E. Məlikməmmədov 2002-ci ilin may ayının 20-də Xaçmazın Xudat şəhərində anadan olub.
Ailədə 3 qardaş olublar.
O, İkinci Vətən Müharibəsində Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edib və oktyabrın 3-də Şəhidlik məqamına ucalıb.
Nəşi bir gün sonra torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra 3 medalla təltif olunub.
E. Məlikməmmədov həm də subay olub.
***
Cənnətdəki ikinci doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, məktəblilər tərəfindən şeirlər səsləndirilib.
Ziyarətdə Şəhidin ailə üzvləri, Xaçmazdan olan Şəhid aillələri, Qazilər, hərbçilər, məktəblilər, din xadimləri və başqa şəxslər iştirak ediblər.
Məzarını ziyarətdən sonra “Xudat” şadlıq sarayında Şəhidin Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim başlayıb, adına ehsan süfrəsi açılıb.
Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Şəhidin ruhuna bir daha dualar edilib, o cümlədən, din mahnılar, İlahilər səsləndirilib, çıxışlar olunub.
Şəhidin ailəsinə bir daha başsağlığı verilib, bir daha onlara Allahdan səbr və dözüm arzulanıb, bir daha Şəhidin Cənnətdəki doğum günü təbrik edilib.
Şəhidin anası Hicran xanım da öz növbəsində ziyarət və mərasim iştirakçılarına ailəsi adından minnədarlığını bildirib, onları belə bir gündə tək buraxmadıqları üçün hər kəsə təşəkkürlərini ifadə edib.
O, övladı ilə Fəxr etdiyini, Qürur duyduğunu bildirib.
Atası Elçin Məlikməmmədovun dediklərindən:
“Elvin yağışlı bir gündə dünyaya gəlmişdi…Dəfn edildiyi, torpağa tapşırıldığı gündə də yağış yağmışdı…Bu gün də, 20 yaşının tamamında da yağış yağdı…Bunlar təsadüfi deyil…Yağan yağış deyil, balamın Nurudur…”.
Məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü, 20 yaşı mübarək olsun!
Nur içində yatsın!
13:00
***
FOTOLAR:
İKİ ŞƏHİD ANASI…DƏRD VƏ QÜRUR ORTAQLARI…
13:20
***
ANALAR, ATALAR…YANAR, AĞLAR…
13:30
***
CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜ İLƏ BAĞLI MƏCLİS…
13:30
***
DÖVLƏT HİMNİNİNİN SƏSLƏNDİRİLMƏSİ…
13:44
***
SÖZÜN BİTDİYİ YER…
14:32
***
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az