Ailənin 3 övladından, sonuncu 5 Şəhidimizdən biri-19 YAŞLI SAMİR SƏMƏD OĞLU XUDİYEV… – FOTOLAR

Samir Səməd oğlu Xudiyev…

Sonuncu 5 Şəhidimizdən, son günlərin 5 Şəhidindən biri…

Əslən Füzulinin Əhmədalılar kəndindən olan Samir 2003-cü ilin iyul ayının 18-də Bakı şəhərində, sadə bir ailədə dünyaya gəlib…

Ramana qəsəbəsində yaşayıb ailəsi ilə birlikdə…

Ailədə 3 uşaq-2 qardaş və 1 bacı olublar…

Evin-ailənin ikinci övladı olub…

Orta məktəbi bitirdikdən sonra ali təhsilə yiyələnmək istəsə də, arzusu baş tutmayıb…

Və ötən ilin iyulunda həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb…

İlk günlərdən də Laçın istiqamətində qulluq edib…

Cəmi günlər öncə, iyulun 18-də isə Əsgərlikdə 19 yaşı tamam olub…

Axırıncı dəfə də ailəsi, atası ilə avqustun 3-də danışıb…

Və iki gün sonra, avqustun 5-də isə Laçında Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra, avqustin 6-da Ramana qəsəbə qəbiristanlığındakı Şəhidlər məzarlığında dəfn olunub, Əbədiyyətə uğurlanıb…

***

Bu gün Samirin üç mərasimiydi…

Ancaq Aşura günü ilə əlaqədar üç mərasimi sabaha, ayın 9-na keçirilib…

Səbailli Şəhid anaları-Lətafət xanım və Sona xanımla birlikdə bu gün səhər saatlarında öncə Şəhidin Ramana Şəhidlər məzarlığındakı məzarını ziyarət etdik…

Ruhu qarşısında baş əydik, ruhuna dualar etdik…

Sonra Şəhidin ocağına, yas mərasiminə getdik…

Şəhidin valideynlərinə, əzizlərinə başsağlığı verdik, onlara Allahdan səbr və dözüm dilədik…

“Şəhidimizin məkanı cənnətlik olsun!”-dedik…

Şəhidin üç mərasimi sabaha keçirilsə də, ancaq axın-axın insanlar Şəhidin ocağına, yas mərasimə gəlir, ailəsinə başsağlığı verirdlər…

Şəhidin atası Səməd kişi ilə az da olsa, söhbətləşə bildik…

Həyacandan…bir an halı çox pişləşdi…

Yaxınlarının, məclis iştirakçılarının müdaxiləsi, yardımı sayəsində yaralı və dərdli Şəhid atası az da olsa, özünə gələ bildi, hər şey salamatçılıqla qurtardı…

Şəhidin anası da övlad dərdinə dözə bilmirdi…

Onun da halı tez-tez pisləşirdi…

Yaxınlarının, məclis iştirakçılarının da təsəllisi yaralı və acılı Şəhid anasını ovuda bilmirdi…

Gözlərindən yaş sel kimi axıb gedirdi…

Sözün bitdiyi, kəlmələrin aciz qaldığı, boğazda düyümləndiyi an idi…

Allah bir daha səbrlərini, bir daha dözümlərini versin!

Şəhidimiz də Nur içində yatsın, Nur içində uyusun!

Məqamı Uca, dərgahı mübarək olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Yolların yenidən qurulmasına daha 5,3 milyon manat ayrıldı-SƏRƏNCAM

Read Next

Daha 121 yeni yoluxma-DAHA 1 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir