Ailənin 4 övladından biri, 3 bacının tək qardaşı, iki medallı, 3-cü qrup əlil-VƏTƏN SEVDALISI ƏŞRƏFBƏY SƏTTARZADƏ…-FOTOLAR

Əşrəfbəy Səttarzadə…

Qəhrəman Goranboyun İkinci Vətən Müharibəsi iştirakçılarından, İgidlərimizdən, Qəhrəmanlarımızdan, Vətən sevdalılarımızdan biri…

Əşrəfbəylə dünən, 17 dekabr tarixində-təsadüf nəticəsində tanış oldum…

Tanışlıqdan da məmnun qaldım…

Çox sakit təbiətli, çox tərbiyəli bir oğlandır…

Goranboyun Yolpaq kəndindəndir…

Evin, ailənin 4 övladından biri, 3 bacının tək qardaşıdır…

26 yaşı var, subaydır…

İkinci Vətən Müharibəsindən bir neçə gün öncə, 21 sentyabr tarixində səfərbərliyə cəlb olunub…

27 sentyabr tarixindən Tərtər-Ağdərə istiqamətində döyüşlərdə iştirak edib…

Və oktyabrın 2-də ağır döyüşlərdən birində kəllə-beyin travması alıb…

20 günə yaxın müalicə-müayinə keçib…

Yenidən döyüş bölgəsinə qayıdıb və müharibədən bir müddət sonra, dekabr ayında Ordudan təxris olunub…

Ali Baş Komandan tərəfindən “Cəsur döyüşçü” “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

Bir neçə ay öncə isə 3-cü qrup əlillik dərəcəsi alıb…

Nitqində, danışığında və eşitməsində problemlər var…

Əşrəfbəylə bir xeyli söhbətləşdim, öz adımdan Vətənin müdafiəsində iştirak etdiyinə, Qarabağın işğaldan azad olunmasında xidmətinə görə minnətdarlığımı bildirdim…

Can sağlığı, uzun ömür, gələcək həyat yollarında, şəxsi həyatında uğurlar arzuladım…

Allah Yar və Yardımçısı olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

2022-ci ilin qeyri-iş günləri-AÇIQLANDI

Read Next

Baş Prokurorluq, DİN və DTX-dan “Tərtər işi” ilə bağlı-BİRGƏ MƏLUMAT…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir