Ailənin 4 övladından biri, 5 medallı, peşəkar hərbçi, Kicik gizir, XTQ-çı-DEVRAN NAİBOVUN ŞƏHİDLİYİNDƏN BİR İL KEÇDİ – MƏZARI ZİYARƏT EDİLDİ, ANIM MƏRASİMİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün Bərdənin, cəmi Azərbaycanın İkinci Vətən Müharibəsi Qəhrəmanlarından, İgidlərindən olan Devran Naibovin (Nayıbovun) Şəhid olduğu, torpağa tapşırıldığı gündür.

Şəhidliyindən, torpağa tapşırılmasından bir il keçir.

Bu gün onun Anım günüdür.

Etikxeber.az xəbər verir ki, Devran Naibov 1993-cü ilin noyabrın 30-da Bərdədə dünyaya gəlib.

Ailədə 3 qardaş, 1 bacı olublar.

Peşəkar hərbçi-Kiçik gizir Devran həm də Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Dastan yazan İgidlərindən, Qəhrəmanlarından olub.

Devran həm Aprel, həm də İyul-Tovuz döyüşlərinin iştirakçılarından olub, igidliyinə, qəhrəmanlığına görə, diplomlarla, medallarla təltif olunub.

İkinci Vətən Müharibəsinin də ilk dəqiqələrindən döyüşlərdə olub və Füzuli-kənd Horadiz istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik Zirvəsinə yüksəlib.

Oktyabrın 8-də Şəhid olan İgidimiz Bərdə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

***

Anım Günü ilə bağlı bu gün öncə Bərdə Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək.

Təxminən 1 saat davam edəcək ziyarətdən sonra ailəsinin yaşadığı evdə-həyətdə anım mərasimi keçirləcək, adına ehsan veriləcək.

Ziyarət və anım mərasimində Şəhidin ailə üzvləri, yaxınları, Bərdədən və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri və digər şəxslər iştirak edəcəklər.

Allah Şəhidimizin məzarını behiştlik etsin, məqamı Ucalardan uca olsun!

00:25

***

Saat 11:00-da Devran Naibovun Bərdə Şəhidlər Xiyabanındakı məzarının ziyarəti başlayıb.

Ziyarətdə Şəhidin ailə üzvləri-anası Xuraman xanım, atası Fazil kişi, bacısı, qardaşları, qohumları, Bərdə sakinləri, Bərdə və digər bölgələrdən olan Şəhid anaları, Şəhid ailələri, məktəblilər, din xadimləri və digər şəxslər iştirak ediblər.

Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Ziyarət zamanı həmçinin, Bərdə və digər bölgələrdən olan Şəhid anaları, Şəhidin xalası, Bərdəni parlamentdə təmsil edən millət vəkillərindən biri-deputat Fatma Yıldırımın köməkçisi və başqa şəxslər çıxış ediblər.

Onlar Devran Naibov da daxil olmaqla, bütün Şəhidlərlə Fəxr etdiklərini, onların Qələbə və Zəfər Şəhidləri olduqlarını, ruhları qarşısında baş əydiklərini bildiriblər.

Qeyd ediblər ki, Şəhidlər heç zaman unudulmayıb və unudulmayacaqlar.

Deputat Fatma Yıldırımın köməkçisi Fuad Ağayev millət vəkilinin adından bir daha Şəhidin ailəsinə başsağlığı verib, səbr diləyib.

Bütün Şəhidlərin daim ehtiramla yad edildiyini, bütün Şəhid ailələrinin daim diqqət mərkəzində olduğunu söyləyib.

Sonra məktəblilərin ifasında Şəhidə, Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib.

1 saat davam edən ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə anım mərasimi başlayıb, ruhuna bir daha dualar oxunub, ehsan süfrəsi açılıb.

12:30

FOTOLAR:

ŞƏHİD ANALARI…

ŞƏHİDİN AİLƏ ÜZVLƏRİ, YAXINLARI…

ÇIXIŞLAR…

ANALAR YANAR, AĞLAR…

***

VƏ ANIM MƏRASİMİ…

14:13

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Aqrar sektorla bağlı yeni-TV FƏALİYYƏTƏ BAŞLAYIR – FOTOLAR

Read Next

8 oktyabrda Şəhidlik zirvəsinə ucalan 3 bacının tək qardaşı, ali təhsilli, ailəli, əslən Şuşalı-ƏZƏMİ HÜSEYNOVUN ANIM MƏRASİMİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir