Ailənin 4 övladından biri-ŞƏHİD NURLAN QULİYEVLƏ BAĞLI ZABİTLƏR EVİNDƏ ANIM TƏDBİRİ DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNIB

Bu gün Bakı Zabitlər Evində Ağcabədinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan MAXE Nurlan Şükür oğlu Quliyevlə bağlı anım tədbiri keçirilib.

Etikxeber.az-ın xəbərinə görə, tədbirdə Şəhidin anası Zülfiyyə Quliyeva, bacısı, bacısının həyat yoldaşı, qardaşları, Şəhid ailələri, Qazilər, hərbçilər, Zabitlər Evinin əməkdaşları iştirak ediblər.

Tədbir Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib və oxunub.

Sonra tədbirdə Şəhidlə bağlı video-çarx nümayiş etdirilib.

Daha sonra çıxışlar edilib.

Şəhidin anası Zülfiyyə xanım, Şəhid valideynləri, Qazilər və digər tədbir iştirakçıları Şəhid Nurlan Quliyev və Şəhidlərlə, tarixi Qələbə və Zəfərimizlə bağlı fikirlərini bölüşüblər.

Çıxışlardan sonra tədbirin bədii hissəsi başlayıb, Zabitlər Evinin əməkdaşları və tanınmış bəstəkar-müğənni Ruslan Səfəroğlu Şəhidə və Şəhidlərə həsr olunmuş mahnılar ifa ediblər.

Tədbir bir saat yarıma yaxın davam edib.

***

 Qeyd edək ki, 1995-ci ilin dekabrın 4-də sadə bir ailədə dünyaya gələn, evin-ailənin 4 övladından biri Nurlan Quliyev İkinci Vətən Müharibəsi zamanı Füzuli, Qubadlı, Şuşa-Daşaltı istiqamətində döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb.

Və noyabr ayının 1-də ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi gün sonra, noyabrın 5-də Qaraxanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

Ailəsi, anası axırıncı dəfə onunla sentyabrın 27-də danışıb, ondan sonra-Şəhidliyinə qədər Nurlanla əlaqə saxlamaq mümkün olmayıb.

O, həm də 3 ayın nişanlısı olub.

Atasını da illər öncə itirib.

Məqamı Uca, məkanı cənnətlik olsun!

Nur içində yatsın!

13:53

***

FOTOLAR

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Toylarda karantin qaydalarını pozan daha 4 nəfər cərimələndi-12 NƏFƏR ŞƏNLİYƏ BURAXILMADI…

Read Next

Azərbaycan əhalisin sayı-10 MİLYON 152 MİN 829 NƏFƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir